Ordubad rayonunun faunası çox zəngindir.

Müasir tibb elmində istifadə olunan dərman bitkilərinin əksəriyyəti muxtar respublikamızda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Ordubad rayonunda bitir. Rayonumuzun ərazisində geniş yayılmış bu bitkilərin inkişafı üçün lazımi iqlim şəraiti vardır. Məhz buna görə də Ordubadda bitən dərman bitkilərinin kimyəvi tərkibi zəngin və müxtəlifdir.

Qeyd etmək lazımdır ki, müalicəvi əhəmiyyətə malik olan bir sıra dərman bitkisinin tərkibində xüsusi təsiredici maddələr vardır ki, bunlar-alkalloidlər, qlyukozidlər, saponinlər, aşı maddələri, efirli yağlar, acı maddələr, selik, vitaminlər, qətranlar, fitonsidlər adlanırlar. Məlum məsələdir ki, hər bir dərman bitkisinin insan orqanizminə müəyyən təsiri onun tərkibində olan təsiredici maddələrin az və ya çox olması ilə qiymətləndirilir.

Dərman bitkilərinin tərkibində olan təsiredici maddələrin miqdarı həmin bitkilərin inkişaf dövrü ilə əlaqədardır. Təsiredici maddələr adətən dərman bitkilərinin müəyyən hissələrində-köklərində, gövdələrində, yarpaqlarında, çiçəklərində müxtəlif vaxtlarda, müxtəlif miqdarda olur. Buna görə də bitkilərdə olan dərman xammalının ancaq lazımi hissələri toplanaraq tədarük edilir.

Dərman xammalının keyfiyyətli olması onun vaxtında və münasib şəraitdə yığılaraq qurudulması ilə ölçülür. Rayonumuzda bitən ayrı-ayrı dərman bitkilərindən bir neçəsinin xüsusiyyəti, zahiri görünüşü, müalicəvi əhəmiyyəti haqqında məlumat vermək istəyirik.

Dəvədabanı: Xırda ot bitkisi olub böyük və uzun saplaqlı yarpaqları, sarı çiçəkləri vardır. Bu bitki yazın ilk aylarında çiçək açır. Bitkinin yarpaqlarını yazın orta aylarında toplayaraq quru havada kölgə yerdə qurudurlar. Bitkinin tərkibində 2,63 faiz acı qlyukozid vardır. Xalq təbabətində bu bitkinin yarpaqlarından bişirmə və dəmləmə şəklində bəlğəmgətirici və ösgürəyi sakitləşdirici dərman kimi işlədilir.

Gülxətmi: Çoxillik ot bitkisidir. 1-1,5 metr  hündürlükdə olur. Qol-budaqlı gövdəyə malikdir. Bitki iyun ayında çiçək açmağa başlayır. Kökünün tərkibində zəif qoxulu, şirintəhər selik maddəsi vardır. Gülxətmi bitkisinin kökündən tənəffüs yollarının iltihabında dəmləmə şəklində bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Bitki adətən çəmənliklərdə, çay kənarlarında, kolluqlarda, çox rütubətli yerlərdə yabanı halda geniş yayılıb.

Acı qovuq: Düyümlü kökləri olan çoxillik ot bitkisidir. Yerüstü gövdəsi yoxdur. Lakin çoxlu uzunsov lanset şəkilli kökyanı yarpaqları vardır. Bitkinin çiçək oxunun başında səbətəoxşar sarı rəngli iri çiçəkləri yerləşir. May, iyun, aylarında bitki çiçək açır. Kökündən başlayaraq çiçəyinə kimi bütün bitki acı dadlıdır. Yabanı halda rayonumuzun çəmənlik, kolluq və əkin yerlərində bitir. Bitkinin köklərində yerləşən borucuqlarında acı süd şirəsi vardır. Həmin süd şirəsindən müasir təbabətdə ekstrat hazırlayırlar ki, bundan həb dərmanlarının tərkibində iştahagətirən və həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir.

Bağa yarpağı: Uzun saplağı, dairəvi forması, kənarından bütöv iri yarpaqları vardır. Qonur rəngli çiçəkləri sünbül formasında yerləşmişdir. Bitkinin çiçəklənmə dövrü may, iyun aylarından başlayaraq avqust, sentyabr aylarına kimi davam edir. Xalq təbabətində bitkinin yarpaqlarından yarasağaldıcı məlhəm kimi istifadə edilir. Bunun üçün bitkinin yarpaqlarını çiçək açan vaxt toplayıb açıq havada qurutmaq lazımdır. Bağa yarpağının toxumlarında zülal, selik, aşı maddələri, piyli yağlar vardır. Son zamanlar bitkinin toxumlarından bişmiş halda zəif işlədici dərman kimi istifadə edilir. Bitkiyə çəmənliklərdə, su kənarlarında rast gəlmək olar.

Kəklik otu: Yerlə sürünən gövdəyə malik kol bitkisidir. Yarpaqları oval şəkillidir. Xırda çiçəkləri qırmızı-bənövşəyi şəkildə olub, gövdə və qol-budaqlarının axırında dəstə-dəstə yerləşib. Bitkinin tünd, xoş ətri vardır. Kəklik otu bütün yay fəsli boyu çiçək açır. Bitkinin əsas təsiredici maddəsi efirli yağdır. Kəklikotundan tibbi preparatlar şəklində öskürəkkəsici, spirtli çıxarışından  isə ağrılarda xaricə sürtmə dərmanı kimi istifadə edilir.

Kəklikotu bitkisinə rayonumuzun dağ və dağətəyi yerlərində yabanı halda rast gəlmək olar.

Nanə: Çoxillik ot bitkisi olub, 0,5 metrə qədər hündürlükdə budağı və dördkünc gövdəsi vardır. Dərman məqsədi ilə ən çox iki cür nanə bitkisindən istifadə edilir:

          1. Gövdəsi qırmızı-bənövşəyi olan qara nanə;

          2. Gövdəsi açıq yaşıl rəngdə olan ağ nanə və ya ingilis nanəsi.

Bitkinin çiçək açan vaxt yarpaqlarını toplayıb qurudaraq su buxarı vasitəsilə nanə yağı alırlar. Alınmış nanə yağı bir sıra dərmanların tərkibində işlədilir. Əkilən nanənin yarpaqlarından dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində, spazmanın qarşısını almaq, həzm prosesini yaxşılaşdırmaq və qusmanın qarşısını almaq məqsədilə geniş istifadə edilir. 

           

 

Cəfər Nəsirli,

əczaçı

“El həyatı” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

20-08-2019-18-46 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti...

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

20-08-2019-15-39 Xəbərlər

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır.

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

20-08-2019-14-00 Xəbərlər

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Boccia idman növü üzrə yarış başa çatıb

20-08-2019-11-25 Xəbərlər

Boccia idman növü üzrə yarış başa çatıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ...

Cavidi xatırlayarkən…

20-08-2019-10-43 Xəbərlər

Cavidi xatırlayarkən…

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi mə...

Futbol üzrə birincilik davam edir

20-08-2019-10-22 Xəbərlər

Futbol üzrə birincilik davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun in...

Ötən günün mənzərəsi - VİDEO

20-08-2019-10-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cüdoçumuz bürünc medal qazanıb

20-08-2019-09-42 Xəbərlər

Cüdoçumuz bürünc medal qazanıb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2...

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

20-08-2019-09-21 Xəbərlər

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesab...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

19-08-2019-19-45 Xəbərlər

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək...

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

19-08-2019-18-32 Xəbərlər

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

Azərbaycanın nüfuzlu İctimai televiziyası Naxçıvan yallıları barədə sənədli film...

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

19-08-2019-17-29 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

19-08-2019-16-26 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

19-08-2019-15-02 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

19-08-2019-14-41 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

19-08-2019-09-42 Xəbərlər

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiy...

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

18-08-2019-18-51 Xəbərlər

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş...

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

18-08-2019-15-45 Xəbərlər

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən...

Naxçıvanda sabaha olan hava proqnozu

18-08-2019-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 19-na gözlənilən hava proqnozu açıqlanı...

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

18-08-2019-13-04 Xəbərlər

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı ...

Qədim məişət əşyaları tarixdə və günümüzdə

18-08-2019-12-33 Xəbərlər

Qədim məişət əşyaları tarixdə və günümüzdə

Məişət əşyaları olan oraq, bıçaq hələ metalın kəşf edilmədiyi dövrdə obsidiandan...

Duzla bağlı deyimlər və atalar sözləri

18-08-2019-11-00 Xəbərlər

Duzla bağlı deyimlər və atalar sözləri

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaradıb.

Vətəndaş yazıçı

18-08-2019-09-59 Xəbərlər

Vətəndaş yazıçı

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarla...

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

16-08-2019-14-36 Xəbərlər

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

16-08-2019-11-23 Xəbərlər

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında mux...

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

16-08-2019-09-41 Xəbərlər

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  k...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-08-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin avqust ayının ilk...

Naxçıvanda sabaha olan hava proqnozu

14-08-2019-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

14-08-2019-14-59 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

Təbii yollarla insanların müalicə aldığı Duzdağ Fizioterapiya Mərkəzinə yay günl...