Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində 15-İyun Milli Qurtuluş Günü ilə əlaqədar Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Arif Həmzəyev şagirdlərə 15 İyun Milli Qurtuluş Günü haqqında məlumat verib. Sərginin keçirilməsinin əhəmiyyətdindən danışıb.

Sonra müəllim və şagirdlər sərgiyə baxıblar. Burada  34-əl işi və 12-rəsim nümayiş etdirilib. Sərginin sonunda Cavid Zamanlı, Gülçin Əlizadə və Sahil Bağırovun əl  işləri ən yaxşı əsər kimi  sərgi təşkilatçıları tərəfindən mükafatlandırılıb.

www.naxcivantv.az