Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Şərur Texniki Peşə və Sürücülük Məktəbində X və XI sinif şagirdləri üçün “Açıq qapı” günü təşkil olunub.

Tədbirdə şagirdlərə Təhsil Nazirliyinin tabeliyində olan 1 peşə liseyi və 3 texniki peşə və sürücülük məktəblərinin hər biri üçün yeni məktəb kompleksi tikildiyi barədə məlumat verilib. Sonra şagirdlər peşə məktəbində elektron lövhəli siniflər, kompüter otağı, emalatxanalar, yataqxana, yeməkxana və kitabxana ilə tanış olublar. Şagirdlər həmçinin qaz çilingəri və sürücü kurslarında nəzəri və praktik dərslərin tədrisi prosesində iştirak edib, xalça, qaz çilingəri, bərbər və aşpaz emalatxanalarında yaradılan şəraitlə, burada olan avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd ümumtəhsil məktəbləri şagirdlərini peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarətdir.

 

Ərhan Novruzov

www.naxcivantv.az