Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, hərbi hissənin Təlim-Tədris Mərkəzində ordu quruculuğundan bəhs edən sənədli filmə baxıblar.

Qonaqlar hərbçilərimizlə birlikdə nahar ediblər.

 

Nəriman Nəcəfov

www.naxcivantv.az