“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərinin ilk təlimi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlim komitənin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətində yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də onların öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Ramilə Seyidova deyib: Ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, qadınların da işə olan münasibətini dəyişib, onların sahibkarlıqla, xüsusən də ailə-kəndli fermer təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirib. Həmçinin sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaradıb. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait var. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.

Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat verib. Bildirib ki, bu təlim modulu qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

“Keçiriləcək təlimlər sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, Babək, Şahbuz, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək rayonlarından və Naxçıvan şəhərindən olan 60-dan çox qadının biznes bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadına öz biznesinə başlamaq üçün sərmayə kapitalı veriləcək”, - deyən Sevinc Rüstəmova qeyd edib ki, təlimlər Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) qlobal məqsədlərin icrasına töhfə verəcək.

Naxçıvan şəhərində keçirilən üç günlük təlim zamanı təlimçilər Vüsalə Qarayeva və Cavid Fətullayev tərəfindən pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

Təlimin son günündə isə iştirakçılara sertifikatlar verilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təlimçilər Vüsalə Qarayeva təlimdə iştirak edən qadınları təbrik edib, 31 təlim iştirakçısına sertifikatlar təqdim olunub.

İştirakçılar təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

16-06-2019-16-05 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

16-06-2019-12-25 Xəbərlər

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

NUHÇIXAN xəbə verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi...

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

15-06-2019-19-01 Xəbərlər

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

15-06-2019-18-14 Xəbərlər

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

15-06-2019-17-28 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

15-06-2019-16-30 Xəbərlər

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

Bu dəfə ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiyası qədim eyniadl...

Naxçıvanda sabaha olan hava proqnozu

15-06-2019-14-01 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

15-06-2019-10-58 Xəbərlər

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır....

Ötən günün mənzərəsi - VİDEO

15-06-2019-10-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-06-2019-10-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 1...

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

15-06-2019-00-00 Xəbərlər

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xilas...

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

14-06-2019-22-54 Xəbərlər

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azə...

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

14-06-2019-22-02 Xəbərlər

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir...

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

14-06-2019-21-52 Xəbərlər

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ...

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

14-06-2019-21-00 Xəbərlər

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Könüllü qanvermə aksiyası keçirlib

14-06-2019-19-59 Xəbərlər

Könüllü qanvermə aksiyası keçirlib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Culfa rayonunda növbəti maarifləndirici tədbir

14-06-2019-18-57 Xəbərlər

Culfa rayonunda növbəti maarifləndirici tədbir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Milli Qurtuluş Gününün bəhrələri

14-06-2019-18-14 Xəbərlər

Milli Qurtuluş Gününün bəhrələri

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadə...

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

14-06-2019-17-55 Xəbərlər

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  a...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-06-2019-16-52 Xəbərlər

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

İyunun 14-də Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb...

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

14-06-2019-16-10 Xəbərlər

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

  Təəssüratlar, düşüncələr, duyğular

Naxçıvanda sabaha olan hava proqnozu

14-06-2019-12-26 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ötən günün mənzərəsi - VİDEO

14-06-2019-10-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Milli Qurtuluşumuzun əsasını qoyub

13-06-2019-20-28 Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Milli Qurtuluşumuzun əsasını qoyub

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan ...

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr təyin edilib

13-06-2019-20-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr təyin edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığ...

“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında - VİDEO

13-06-2019-19-35 Xəbərlər

“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkda...

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər

13-06-2019-19-16 Xəbərlər

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər

31 may-8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən şahmat üzrə mə...

Bakıda keçirilən V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumunda Naxçıvanlı sahibkarlar da iştirak edib

13-06-2019-18-56 Xəbərlər

Bakıda keçirilən V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumunda Naxçıvanlı sahibkarlar da iştirak edib

İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib....

“Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

13-06-2019-17-00 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsin...