Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən 11-dək Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirildi.

“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya  mediasında geniş yer alıb. Təlimlərlə bağlı yüzlərlə xəbər, məqalə, videomaterial yayımlanıb, sosial şəbəklərdə bununla bağlı minlərlə paylaşım edilib.

NUHÇIXAN xəbər verir ki, bu geniş əhəmiyyətli hərbi tədbir ölkə, region və dünya mediasında da geniş əks səda doğurub. Azərbaycanla yanaşı Türkiyə, Rusiya və təbii ki bu təlimlərdən narahat olan işğalçı Ermənistan saytları öz səhifələrində müxtəlif fikirlər və şərhlərlə məhz “Sarsılmaz qardaşlıq-2019”-dan bəhs ediblər.

Dünya mediasında yer alan xəbərlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla  görüşü, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə münasibətləri barədə söhbət açılır.

Qardaş ölkənin Milli Müdafiə Nazirliyinin geniş izləyici kütləsi olan rəsmi internet səhifəsində Naxçıvanda keçirilən tədbir və təlimlərə geniş yer verilib. Təlimlərlə bağlı 9 videomaterial və onlarla xəbər paylaşılıb.

Qardaş ölkənin Milli Müdafiə Nazirliyinin geniş izləyici kütləsi olan rəsmi internet səhifəsində Naxçıvanda keçirilən təlim və tədbirlərə geniş yer verilib. Təlimlərlə bağlı 9 videomaterial və onlarla xəbər paylaşılıb.

Azərbaycanın bütün telekanalları, o cümlədən Türkiyənin TRT, CNN, TRT Haber, Anadolu Agentliyi və digər nüfuzlu televiziyaları, o cümlədən xəbər agentliklərinin portallarında təlimlərlə bağlı video görüntülər təqdim edilib.

internethaber.com, www.milliyet.com.tr, aa.com.tr, sondakika.com, ajanskafkas.com, .trthaber.com və Türkiyənin  onlarla saytı hər iki ölkənin sarsılmaz əlaqələri və qardaşlığından, təlimlərin birlikdə ortaya qoyulan gücün nümunəsi olduğundan yazıb. “Heydər Əliyev 20-ci əsrdə türk və dünya siyasətinə imza atan önəmli lider və dövlət adamıdır. Onun dediyi kimi biz “Bir millət iki dövlətik”. Ona görə də biz həmişə azərbaycanlıların yanındayıq”, - deyən Hulusi Akarın sözlərini  xüsusilə vurğulayıblar.  Qeyd olunub ki, Hulusi Akarın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası ilə ötən illərdə qurulub uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ən mükəmməl nümunəsi kimi yüksək siyasi dairələrdə də böyük məmnunluq doğurur

Türkiye ve dünyadan son dakika haberler. En son haber burada. Güncel, spor, ekonomi, magazin, politika haberleri...

Ermənistan tərəfi isə bu təlimləri həmişəki kimi narahatlıq və həyəcanla izləyib. Azərbaycan-Türkiyə təlimləri işğalçı ölkənin saytlarında İrəvanın yaxınlığında keçirilən təlim və  Ermənistan paytaxtına təhdid kimi qiymətləndirilib.

Ermənistan saytları qardaş ölkənin Milli müdafiə naziri Hulusi Akarın  iki qardaş ölkə - Türkiyə və Azərbaycanın bütün təhdid və təhlükələrə qarşı bir və bərabər olduğunu diqqətə çatıdırmasından daha çox təşvişə düşüblər. Təcavüzkar ölkənin  nwespress.am, razm.info, banak.info, A1+telekanalının internet səhifəsində və digər saytlarda təlimlər barədə məlumat və fotolar  verilib. Sputnik.am saytında isə təsəlli olaraq Rusiyanın Ermənistandakı 102-ci bazası tərəfindən bu təlimlərin izlənildiyi və hələ ki,  Ermənistan üçün heç bir təhlükə olmadığı qeyd edilib.

Naxçıvan televiziyasının təlimlərdən hazırladığı videomateriallar sosial şəbəkələrdə geniş paylaşılıb. Videoçarxlara 100 minlərlə baxış və rəylər yazılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, jurnalist Sahil Tahirlinin “Hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərik” sərlövəli məqaləsi Nuhçıxan İnformasiya Agentliyindən sonra, Yeni Azərbaycan, Səs, İki sahil, Böyük MİLLƏT,  Şərq qapısı qəzetlərində dərc edilib, Sia İnformasiya agentliyində, diaspor.info və azinforum.az saytında yayımlanıb.

Qeyd edək ki, iyunun 7-dən 11-dək Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət,  200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatanlar, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib.

Hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunub  və hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ordubad rayonunda mədəni-kütləvi tədbir keçirilib

23-08-2019-19-16 Xəbərlər

Ordubad rayonunda mədəni-kütləvi tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Ötən günün mənzərəsi - VİDEO

23-08-2019-16-02 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Röya Ayxan Naxçıvanda möhtəşəm konsert verib - VİDEO

23-08-2019-15-03 Xəbərlər

Röya Ayxan Naxçıvanda möhtəşəm konsert verib - VİDEO

Azərbaycan Respublikasının Əməkdar artisti Röya  Naxçıvan şəhərindəki “Saat Meyd...

Dövlət Bayrağı Muzeyinin yaradılmasının 5 illiyi qeyd olunub

22-08-2019-20-45 Xəbərlər

Dövlət Bayrağı Muzeyinin yaradılmasının 5 illiyi qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində 5 illik yubileylə bağlı keçiri...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub

22-08-2019-19-15 Xəbərlər

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 2...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi keçirilib

22-08-2019-16-01 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

“Vikipediya”da Naxçıvanla bağlı silsilə məqalələr yaradılır

22-08-2019-15-40 Xəbərlər

“Vikipediya”da Naxçıvanla bağlı silsilə məqalələr yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) ...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

20-08-2019-18-46 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti...

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

20-08-2019-15-39 Xəbərlər

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır.

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

20-08-2019-14-00 Xəbərlər

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Boccia idman növü üzrə yarış başa çatıb

20-08-2019-11-25 Xəbərlər

Boccia idman növü üzrə yarış başa çatıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ...

Cavidi xatırlayarkən…

20-08-2019-10-43 Xəbərlər

Cavidi xatırlayarkən…

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi mə...

Futbol üzrə birincilik davam edir

20-08-2019-10-22 Xəbərlər

Futbol üzrə birincilik davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun in...

Ötən günün mənzərəsi - VİDEO

20-08-2019-10-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cüdoçumuz bürünc medal qazanıb

20-08-2019-09-42 Xəbərlər

Cüdoçumuz bürünc medal qazanıb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2...

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

20-08-2019-09-21 Xəbərlər

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesab...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

19-08-2019-19-45 Xəbərlər

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək...

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

19-08-2019-18-32 Xəbərlər

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

Azərbaycanın nüfuzlu İctimai televiziyası Naxçıvan yallıları barədə sənədli film...

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

19-08-2019-17-29 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

19-08-2019-16-26 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

19-08-2019-15-02 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

19-08-2019-14-41 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

19-08-2019-09-42 Xəbərlər

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiy...

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

18-08-2019-18-51 Xəbərlər

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş...

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

18-08-2019-15-45 Xəbərlər

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən...

Naxçıvanda sabaha olan hava proqnozu

18-08-2019-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 19-na gözlənilən hava proqnozu açıqlanı...

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

18-08-2019-13-04 Xəbərlər

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı ...

Qədim məişət əşyaları tarixdə və günümüzdə

18-08-2019-12-33 Xəbərlər

Qədim məişət əşyaları tarixdə və günümüzdə

Məişət əşyaları olan oraq, bıçaq hələ metalın kəşf edilmədiyi dövrdə obsidiandan...

Duzla bağlı deyimlər və atalar sözləri

18-08-2019-11-00 Xəbərlər

Duzla bağlı deyimlər və atalar sözləri

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaradıb.