Təəssüratlar, düşüncələr, duyğular

 

 

V yazı

Uğurla keçən bir günün sonunda heç kimin gözünə yuxu getmirdi. Yol yoldaşlarımızın hamısı qaldığımız qonaq evinin həyətindəki skamyalarda iki-bir üç-bir əyləşib ayrı-ayrı mövzularda söhbət edərək gecənin sərin havasında səhəri dirigözlü açmaq həvəsindəydilər. Beynəlxalq konfransın sevincli nəticələri hər birimizin əhval-ruhiyyəsinə təsir eləmişdi. Hər kəsin üzündə xoş bir ifadə var idi. Sabah, günün ikinci yarısı Konyanın Ağşəhər bölgəsinə, bizim üçün Nemətullah Naxçıvani ilə doğmalaşan yerə yollanacaqdıq.

Konyaya gəlib dünyaca məşhur olan Mövlanə Cəlaləddin Rumini ziyarət etmədən qayıtmaq da Kərəmin Lələsinə dediyi “ar gəlir” ifadəsini dilə gətirirdi. Buna görə də gecənin alatoranında heyətimizə rəhbərlik edən Cəbi müəllimə hamılıqla fikrimizi deyəndə o da məmnuniyyətlə razılaşdı. Hətta səhər hava işıqlanan kimi universitet rəhbərliyinə fikrimizi çatdırdı. Beləliklə də həm bizə Mövlanə Muzeyini ətraflı anladacaq turizm rəhbəri ayrıldı, həm də bizimlə birlikdə getmək üçün burada təhsil alan Azərbaycanlı tələbələr səfərbər edildi.

Səhər yeməyindən dərhal sonra hazırlaşıb yola düşdük. Mövlanə Muzeyini ziyarət edəcək, Konya ilə bağlı xatirə suvenirləri, kitab və hədiyyəliklər almaq üçün 1 saat şəhərdə sərbəst gəzəcək, daha sonra isə Ağşəhərə yola düşəcəkdik.

30 sentyabr 1207-ci ildə Əfqanıstanda, o dövrdə XarəzmşahlarınpaytaxtdıBəlxdə  anadan olan Mövlanənin ailəsi 1212-ci ildə Bəlxdən ayrılaraq əvvəlcə Nişapura, daha sonra Bağdad, Kufə, Kəbəyə gedərək həcc ziyarətini yerinə yetirirlər. Oradan isə Şam, Malatya, Ərzincan, Sivas, Kayseri, Niğdə, Karamana gələrək 7 il burada qaldıqdan sonra Konyaya üz tuturlar. Bu yerdə qeyd edim ki, 2011-ci ildə Karamanda Beynəlxalq “Dünya türkcə danışan öyrəncilərsimpoziumu”u günlərində bu şəhərdəki “Mader-i Mevlana” (Mövlanənin anası) kimi də məşhur olan Ağ Təkkə Camesində Mövlananın anası Möminə Xatının və qardaşı Ələddin Çələbininməzarlarını da ziyarət etmişdik.

Beləliklə Konyada öz ətrafında müridlər toplayan Mövlanə 1244-cü ildə Şəms Təbrizi ilə tanış olur. Bir-birindən ilahi eşq mənasından feyz alırlar. Şəmsin Konyadan getməsindən sonra təkliyə çəkilən Mövlanə uzun müddət insanlardan uzaq qalar. Dünya həyatını, qısa şəkildə “Xamdım, pişdim, yandım” sözləriylə ifadə edən Mövlanə 17 dekabr 1273-cü ildə vəfat etdikdən sonra Konyanın simvollarından birinə çevrilir.  Bu böyük şəxsiyyətin ölümündən sonra oğlu Sultan Vələd və nəvələri tərəfindən sistemli bir mənəvi yol halına gətirilən Mövləvi düşüncəsi (Mövləvilik) bu gün dünyanın bir çox yerində islam irfan düşüncəsi kimi yayılmışdır. Quran və hədislərdən ilham alaraq yola çıxan Mövləviliyin ən böyük ayinlərindən biri Səma rəqsidir. Dəfninə hər dindən insanların qatıldığı Mövlanə ölüm gününü“yenidən doğuluş günü” kimi qəbul edirdi. Ona görə də Mövlanənin vəfat günü “Şəbi ərus” toy gecəsi kimi qəbul edilir. Və bu gün də Konyada hər il 7-17 dekabr tarixlərində beynəlxalq tədbirlər keçirilir. Bu gün Konyanın mərkəzində yerləşən Mövlanə muzeyi, Mövləviliyin dərgahı həm də “Aşiqlərin Kəbəsi” olaraq da məşhurlaşmışdır. Biz də bu məkanda eşq təvafımızı yerinə yetirib könül dünyamızı irfansevdasıylafeyzləndirib Mövlanə ruhuna dualar oxuyaraq dərgahın ayrı-ayrı məkanlarını gəzdik.

Qeyd edim ki, Mövlanə Muzeyi Türkiyənin ən çox turist cəlb edən məkanlarından biridir. Bu ərazi bir vaxtlar Anadolu Səlcuqlu Dövlət sarayının gül baxçası olub. SəlcuqlusultanıƏlaəddinKeykubad bu bölgəniöz dövründə Sultanül-Üləma kimi məşhur olan Mövlanənin atası Bahəddin Vələdə hədiyyə edib. Buradakı otaqlarda Mövlanəyə aid olan əşyalardan başqa diqqətimizi çəkən ən maraqlı eksponat isə Şəms Təbrizinin Sərpuş (baş geyimi), ələm və Mövlanənin də bəzi xüsusiyyətlərindən bəhs edilən “Məqalət” əlyazması oldu. Mövlanənin dəfn olunduğu məscidin həyətində isə Osmanlı hökmdarı Yavuz Sultan Səlim tərəfindən inşa etdirilən şadırvan (dəstəmaz alınan yer) burdakı turistlərin ən çox maraq göstərdiyi hissə idi. Turist rəhbərimiz onu da bildirdi ki, Mövlanənin dəfnindən bir il sonra – 1274-cü ildə məzarı üzərində Təbrizli memarBədrəddin tərəfindən inşa edilən türbə tikdirilib. Türbənin 16 dilimli gövdəsi vəkülahı, fasadı firuzəyi kaşılarlaəhatələndiyi üçün bu türbə “Qübbəyi-Hadra”, yəni Yaşıl Qübbə kimi məşhurlaşıb. Onu da öyrənirik ki, bu qübbə və sərdabə 1396-cı ildə tikilib. 1925-ci ilə kimi Mövləviliyin mərkəzi kimi fəaliyyət göstərən Mövlanə dərgahı yenidən təmir edilib və 1927-ci ildən Konya Əsari-Ətiqə Muzeyi (Əski Tarixi əsərlər Muzeyi) kimi ziyarətə açılıb. Hazırda bu muzeydə Səlcuqlu, Qaramanoğulları, Osmanlı dövrünə aid 4 mindən çox əlyazma mətnləri mühafizə olunur. Mövlanə Muzeyinin lap yaxınlığında isə II Sultan Səlim tərəfindən 1558-1567-ci illərdə tikilmiş Sultan Səlim Camesi möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Mövlanə dərgahından ayrılıb 1 saatlıq sərbəst alış-veriş zamanını doldurub Ağşəhərə yola düşürük. Konya-Ağşəhər arası təxminən 2 saatlıq yoldur. Yol boyu bir-birindən maraqlı mənzərələr bizi öz ağuşuna alır. Buraların özünəməxsus təbiəti insanı valeh edir. Yaşıllıqlar, əkin sahələri, hər bölgənin özünə aid olan cəhətlərini simvolizə edən dekorativ sənətkarlıq abidələri görməyə dəyər. Ağşəhər ilk növbədə öz yaşıllığı ilə diqqətimizi çəkir. Dağlarla meşənin vəhdəti, çaylar Naxçıvanın Ordubad rayonunu xatırladır bizə. Burada şəhər bələdiyyəsinin rəsmiləri bizi qarşılayırlar. Yollar sıx ağaclıqlarınarasıyla ilan kimi qıvrılıb üzüyuxarı qalxır. Yüksək bir təpədəki “Xıdırlıqsofrası”nda bir süfrə ətrafında əyləşirik. Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə xanım, həmçinin səfirliyin katibi Elçin müəllim də bizimlədir. Ağşəhər bələdiyyəsinin sədri SalihAkkaya da həmçinin. Saleh bəy təklif edir ki, “yeməkdən sonra Ağşəhərin simvolu olan Nəsrəddin hocanı (Molla Nəsrəddini) ziyarət edək. Daha sonra Nemət babanın məzarına üz tutaq. Ağşəhərə gəlib Nəsrəddin hocanı ziyarət etməmək Ağşəhərigörməmək kimidir”,– deyir. Hamı bir-birinin üzünə baxır. Folklorçu tərəfim özünü göstərir. İlk mən reaksiya verirəm. Hələ günün sonuna 6 saat var. Yarım saatımızı da Nəsrəddin hocaya ayırmaq pis olmazdı. Beləcə “Xıdırlıqsofrası”ndan Molla Nəsrəddini ziyarətə gedirik. Nəinki Türkiyədə, eləcə də orta Asiyada, Şərq aləmində, xüsusilə Azərbaycanda məşhur olan Molla Nəsrəddin lətifələrinin qəhrəmanını ziyarət da səfərimizin yaddaqalan məqamlarından birinə çevrilir.

Qeyd edim ki, Ağşəhərdə hər addımda Molla Nəsrəddini görmək mümkündür. Belə ki, şəhər bələdiyyəsinin rəsmi sənədlərində, hətta bayrağında belə Molla Nəsrəddinin uzunqulağa tərs mindiyi simvolik rəsmi yer almaqdadır. Şəhərin hər tərəfindən Molla Nəsərddinlətifələrindən bildiyimiz hadisələri özündə ehtiva edən heykəllər qarşımıza çıxır. Xüsusilə şəhərin ən böyük mərkəzi parkında Molla Nəsrəddinin 50-yə yaxın heykəlini lətifə qəhrəmanı timsalında görmək mümkündür. Onu da öyrənirik ki, hər ilin 5-10 iyul günlərində Ağşəhərdə Beynəlxalq Nəsrəddin hoca festivalları keçirilir. Şəhərdəki mağazaların, marketlərin, dükanların, restoranların, iaşə xidməti məkanlarının böyük əksəriyyətinin adında Molla Nəsrəddin lətifələrində dodaq qaçıran ifadələrdən doğan adları görmək bizim üçün maraqlı idi. Etiraf edək ki, bu adlarınhər biri ovqatımızı lətifə havasına kökləyirdi.Yaddaşımızı təzələyib lətifələri dilimizə belə gətirirdi. Elə bu təbəssüm dolu şən ovqatla Ağşəhərdə, Konyada, ümumiyyətlə Türkiyə və Şərq dünyasında yumor ustası və filosof kimi məşhur olan Molla Nəsrəddinin uyuduğu məzarlığa üz tutduq. Qeyd edim ki, qəbiristanlığın girişində belə Molla Nəsrəddinin bir neçə lətifəsi böyüdülərək asılıb. Lətifələrindəki incə yumorlu eyhamı biz bu qəbiristanlığa girəndə də hiss etdik. Dünyasını dəyişənlərin ziyarətinə gələnləri daha çox göz yaşı, qəhər öz ağuşuna aldığı halda, bu qəbiristanlıqdan içəriyə dodağında gülüşlə qədəm qoyursan.

Birinci Anadolu bəylikləri zamanında vəfat edən və məzarı üzərində türbəsi tikilən Molla Nəsrəddinin 1208-1284-cü illərdə yaşadığı qeyd olunur. Türbənin giriş qapısının düz önündə yenə Molla Nəsrəddin lətifələrindən bizə tanış olan bir dairəvi medalyon qoyulub. Həmin medalyonda isə bu sözlər yazılıb:“Nasreddinhoca: Dünyanın ortası burasıdır”. Yenə türbənin ətrafında qoyulmuş bir yazıda da bu məqam öz əksini tapıb: “Gülümsəyin, dünyanın ortasındasınız”. Biz də fürsətdən istifadə edib dünyanın ortasında xatirə şəkilləri çəkdiririk.

Dünya yumor tarixində, folklorun lətifə janrında yaşayan ən məşhur qəhrəmanlardan biri olan Molla Nəsrəddinin – Nəsrəddin hocanın ruhuna fatihə oxuyub türbədən ayrılırıq.

Yolumuz irfandünyasınadır.

Maşınımız AğşəhərinKöyəgiz məhəlləsinədoğru irəlilədikcə yol kənarlarındakı məlumat lövhələrində sadəcə “Nemətullah Naxçıvani türbəsi” yazılarını görürük. Hamımız həyəcanlıyıq. Yol boyu əks istiqamətdə axan çayın üzərindəki körpülər də bizim üçün bir simvolik mənaya çevrilir. Naxçıvandan Konyaya bir körpü olan Nemətullah Naxçıvaniyə qovuşmağımıza çox az qalıb. Ətrafda isə təpəciklərdəki meşəliklər, yaşıllıqlar, dərəboyu axan çay, Ağşəhərinköhnə evləri və gözümüzün yaddaşına hakimolan lövhələr: NemətullahNahçıvani türbəsi...

(ardı var)

Elxan Məmmədov AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

16-06-2019-16-05 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

16-06-2019-12-25 Xəbərlər

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

NUHÇIXAN xəbə verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi...

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

15-06-2019-19-01 Xəbərlər

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

15-06-2019-18-14 Xəbərlər

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

15-06-2019-17-28 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

15-06-2019-16-30 Xəbərlər

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

Bu dəfə ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiyası qədim eyniadl...

Naxçıvanda sabaha olan hava proqnozu

15-06-2019-14-01 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

15-06-2019-10-58 Xəbərlər

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır....

Ötən günün mənzərəsi - VİDEO

15-06-2019-10-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-06-2019-10-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 1...

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

15-06-2019-00-00 Xəbərlər

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xilas...

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

14-06-2019-22-54 Xəbərlər

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azə...

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

14-06-2019-22-02 Xəbərlər

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir...

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

14-06-2019-21-52 Xəbərlər

Məktəblərdə “Son zəng” tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ...

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

14-06-2019-21-00 Xəbərlər

Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans olub

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Könüllü qanvermə aksiyası keçirlib

14-06-2019-19-59 Xəbərlər

Könüllü qanvermə aksiyası keçirlib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Culfa rayonunda növbəti maarifləndirici tədbir

14-06-2019-18-57 Xəbərlər

Culfa rayonunda növbəti maarifləndirici tədbir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Milli Qurtuluş Gününün bəhrələri

14-06-2019-18-14 Xəbərlər

Milli Qurtuluş Gününün bəhrələri

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadə...

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

14-06-2019-17-55 Xəbərlər

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd edilib

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  a...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-06-2019-16-52 Xəbərlər

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

İyunun 14-də Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb...

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

14-06-2019-16-10 Xəbərlər

Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü

  Təəssüratlar, düşüncələr, duyğular

Naxçıvanda sabaha olan hava proqnozu

14-06-2019-12-26 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ötən günün mənzərəsi - VİDEO

14-06-2019-10-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Milli Qurtuluşumuzun əsasını qoyub

13-06-2019-20-28 Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Milli Qurtuluşumuzun əsasını qoyub

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan ...

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr təyin edilib

13-06-2019-20-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr təyin edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığ...

“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında - VİDEO

13-06-2019-19-35 Xəbərlər

“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkda...

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər

13-06-2019-19-16 Xəbərlər

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər

31 may-8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən şahmat üzrə mə...

Bakıda keçirilən V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumunda Naxçıvanlı sahibkarlar da iştirak edib

13-06-2019-18-56 Xəbərlər

Bakıda keçirilən V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumunda Naxçıvanlı sahibkarlar da iştirak edib

İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib....

“Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

13-06-2019-17-00 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsin...