Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  ali təhsil ocağında  15 İyun - Milli Qurtuluş Gününə həsr olunan  “15 iyundan başlanan qurtuluş yolu” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Universitetin  rektoru, professor İsmayıl Əliyev Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoyduğunu diqqətə çatdırıb. Milli Qurtuluş Günü ulu öndərin böyük bacarığı, xilaskarlıq missiyası ilə Azərbaycanı Azərbaycana qaytarmaq tarixidir. Azərbaycana ikinci rəhbərliyi dövründə-cəmi 10 il ərzində ümummilli liderimizin həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir.

Daha sonra Ümumi tarix  kafedrasının müəllimləri  Nuray Hacıyevanın, Zülfiyyə Mehdiyevanın  və Rəna Qurbanovanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda 15 İyun- Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx  nümayiş olunub.

 

                                                                 Seyfur Hacımuradov

www.naxcivantv.az