Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan nevroloqlar və tibbi genetiklər assosasiyasının təşkilatçılığı ilə  Naxçıvan Dövlət Universitetində “Nevrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Muxtar respublikada epileptoloji xidmətin səviyyəsini yüksəltmək məqsədilə təşkil olunan tədbiri giriş sözü ilə Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının  müdiri, Əməkdar elm xadimi, əməkdar həkim, professor Şərif Mahalov açaraq ölkəmizdə səhiyyənin, o cümlədən tibbin  sinir sistemi xəstəlikləri ilə məşğul olan nevrologiyanın inkişafına göstərilən dövlət qayğısından danışıb, nevralogiya sahəsi, ölkəmizdə epileptoloji xidmətin vəziyyəti və onun optimallaşdırılması barədə məlumat verib.

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kliniki neyrofiziologiya laboratoriyasının rəhbəri, professor Sədaqət Hüseynova, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının  professoru Aytən  Məmmədbəyli,   kafedranın  dosenti Nailə Abbasova və başqaları  əlaqədar mövzularda mühazirələrlə çıxış ediblər.

Muxtar respublikanın tibb müəssisələrində çalışan nevropatoloq, psixiatr, pediatr, neonatoloq, terapevt,  rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına yeddi ballıq kredit sistemi ilə setifikatlar təqdim olunub.

www.naxcivantv.az