İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır.

Qəlbi Vətən sevgisi ilə döyünən, ömrünü ancaq xalqına və Vətəninə xidmətə həsr edən belə insanlar öz talelərini deyil, xalqın və millətin taleyini yaşayırlar. Ulu öndər Heydər Əliyev də belə bir ömür yaşadı.  Bu ömür yolunda  yeni və müasir Naxçıvanın da əsası qoyuldu.  O Naxçıvanın ki, 1990-cı illərin təlatümündə ucsuz-bucaqsız adada tək-tənha qalmışdı.  İnsanlar  nə edəcəklərini, dərdlərini kimə danışacaqlarını bilmirdilər.  Qayğılı insanlar və  sual dolu baxışlar- o zamanın real mənzərəsi bu idi.  

Bunu o illərdə hər kəsin üzündə görmək olardı.  Məhz həmin dövrdə Tanrının bir xilaskar kimi Naxçıvana göndərdiyi böyük dahi-Heydər Əliyev bütün bu ümidsizliyə son qoydu. Onun gəlişi ilə gözlərdəki sual yoxa çıxdı, insanların qəlblərində sabaha inam yarandı. Xalq məmnuniyyətlə öz gələcək taleyini bu dahi insana etibar etdi. Artıq tənəzzülə gedən deyil, Heydər Əliyevon rəhbərliyi ilə  çətinlikdən çıxaraq sabaha doğru inamla irəliləyən bir muxtar respublika var idi. 

Bəli, Naxçıvan belə məşəqqətli yollarla bugünkü firavanlığına qovuşub. Bu firavanlığın və tərəqqinin təməli  ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün onun həyata keçirilən uğurlu siyasi kursunun davamı olaraq daha da inkişaf edir. Bu gün muxtar diyarın hansı tərəfinə baxsan “Bizim yolumuz Heydər Əliyev yoludur” aforizminin təsdiqini görərsən. 1995-ci ildən başlayaraq  muxtar respublikanda  hər bir kənd, qəsəbə və şəhəri yeniləşməyə doğru yol alıb. İqtisadiyyatın, kənd təsərrüfatının, elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələrin heç biri diqqətdən kənarda qalmayıb. Respublika  Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir.”

Müstəqillik illərində yaradılan “Naxçıvan möcüzəsi”  hər  addımda hər kəsi heyran qoyur. Biz hər gün bir yeniliklə, müasirliyə qovuşdurulan bina, yollar, küçə və parklarla qarşılaşmağa  alışmışıq. İnfrastruktur obyektlərinin  günbəgün yeniləşdirildiyini bilirik. Amma  əcnəbi turistlərin, qonaqların dilindən bunu eşitmək daha qürurvericidir. Elə bu günlərdə  Batabat yaylağında amerikalı bir vətəndaşın  dostuna  Naxçıvanın  heyranedici bir yer  olması haqqında dediklərini duymaq da   xoş idi. 

 Quruculuq coğrafiyasının içərisində isə əsas yeri  təhsil quruculuğu tutur.  Bunu  Naxçıvan şəhərindəki ali və orta məktəblərdən tutmuş, muxtar respublikanın rayonlarındakı ən ucqar kənd məktəblərində də görmək olar. Ən  fərəhlisi də odur ki, ən ucqar dağ kənd­lərində inşa olunan məktəb binaları nə memarlıq üslubundakı quruluşuna, nə də maddi-texniki təchizatına görə şəhər məktəblərindən fərqlənmir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmləndirilib, təhsil sahəsində müxtəlif proqramların həyata keçirilməsi istiqamətində fəal iş aparılıb. Bu məktəblərdə isə  zəngin biliyə, hərtərəfli intellektual səviyyəyə malik, fiziki və mənəvi cəhətdən sağlam gənclər yetişir. 

Səhiyyə  quruculuğu da diqqətdə saxlanılan sahədir. Muxtar respublikanın şəhər və rayonlarında müasir  tibb ocaqları inşa olunub,  kəndlərində belə  xəstəxana, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilib,  müasir avadanlıqlarla təchiz edilib. Bir vaxtlar “dərdini götürüb” xaricə qaçan insanlar  artıq elə muxtar respublikada yüksək səviyyəli tibb ocaqlarında müalicə olunmaq imkanı qazanıblar.

Uşaq və yeniyetmələr də yaddan çıxmayıb. Müasir  idman mərkəzləri,  mədəniyyət ocaqları onların asudə vaxtlarını təmin edir. İndi gənclərimizin idman arenalarında, müxtəlif  Beynəlxalq tədbirlərdə  Naxçıvanı təmsil etməsi də bu qayğının təntənəsidir.    

Bir sözlə, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda müstəqil Azərbaycan naminə həyata keçirdiyi işlər və əsasını qoyduğu sosial-iqtisadi islahatlar bugünkü davamlı inkişafın təməl daşlarıdır.  O illərdən başlayaraq Naxçıvanın tikinti xəritəsi xeyli genişlənib, hər il qədim və müasir memarlıq məktəbinin elementlərini özündə yaşadan yüzlərlə yeni inzibati binalar, sosial obyektlər, xidmət sahələri tikilərək istifadəyə verilir. Təkcə son 5 ildə  tikinti-quruculuq işlərinə  4 milyard 900 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib.  Bu illərdə diyarımızda 82 yeni təhsil ocağı, 60 səhiyyə obyekti, 136 mədəniyyət ocağı, 12 idman obyekti, 91 inzibati bina, 907 istehsal, xidmət və digər infrastruktur  obyekti olmaqla, ümumilikdə, 1288 obyekt tikilərək və ya qurularaq istifadəyə verilib. Həmçinin  317,8 kilometr uzunluğunda asfalt yollar çəkilib.

Ən ucqar dağ kəndindən tutmuş paytaxt Naxçıvana qədər bütün yaşayış məntəqələrində yaradılan şərait, ilk növbədə, əhalinin rahatlığına xidmət edir. Muxtar respublikada quruculuq işləri yeni yaşayış binalarının və fərdi mənzillərin tikilməsi ilə də xarakterizə olunur. Bütün bunlar isə sosial sahənin inkişafına müsbət təsir edir.  İndi evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı müasir məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasına daha sıx tellərlə bağlanır. Kənd təsərrüfatının inkişafına göstərilən qayğı, iş yerlərinin artırılması da  bu sahənin tərəqqisinə  xidmət edən amillərdir.

Ümumiyyətlə, 25 il  əvvələ  nəzər saldıqda hansı çətinliklərdən, hansı mürəkkəb dövrdən bu xoş günlərə gəlib çıxdığımızı görərkən hər birimiz qazanılan uğurlarla qürur duyuruq. Gözəlləşən, müasirləşən diyarımız  Heydər Əliyev yolunun təntənəsidir. 

 

Hafizə Əliyeva

Naxçıvan televiziyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - VİDEO

20-07-2019-15-34 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...

Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb

19-07-2019-13-59 Xəbərlər

Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrind...

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

19-07-2019-12-51 Xəbərlər

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər prokuroruğunun əməkdaşları Qaraçuq kəndi...

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

19-07-2019-12-09 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən əsas göstərici kimi 20...

Muxtar respublikada sənaye məhsulunun istehsal həcmi artıb

19-07-2019-11-35 Xəbərlər

Muxtar respublikada sənaye məhsulunun istehsal həcmi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirili...

Ötən günün mənzərəsi - VİDEO

19-07-2019-11-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

19-07-2019-10-07 Xəbərlər

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

18-07-2019-21-52 Xəbərlər

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

Bu gün şair, dramaturq Kəmalə Ağa qızı Ağayeva vəfat edib. Kəmalə xanım 1936-cı ...

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

18-07-2019-21-26 Xəbərlər

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

18-07-2019-20-01 Xəbərlər

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat...

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

18-07-2019-18-58 Xəbərlər

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının icl...

Naxçıvanda sabaha olan hava proqnozu

18-07-2019-17-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

18-07-2019-12-40 Xəbərlər

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi mə...

Ötən günün mənzərəsi - VİDEO

18-07-2019-11-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...