Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Beynəlxalq Hava Limanı qış mövsümünə hazırdır

Naxcivantv.az xəbər verir ki, blokada şəraitində yaşayan muxtar respublika üçün payız-qış mövsümündə hava nəqliyyat sisteminin dayanıqlı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Ona görə də hava limanında payız-qış mövsümü ilə əlaqədar texnikalara baxış keçirilib, yüksək maddi-texniki bazaya malik hava limanının  mövsümə hazırlığı yoxlanılıb.

 Qeyd edək ki, hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədi ilə son illər müxtəlif təyinatlı yeni maşın-mexanizmlər alınıb. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır. Naxçıvan Beynəlxalq Hava Limanının sahə  rəisi Əli Bayramlı əməkdaşımıza bildirib ki, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər diqqət mərkəzində saxlanılır. Mövsümlə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq texnikalar hazır vəziyyətə gətirilib. “Muxtar respublikada havanın soyuq və qarlı keçməsini nəzərə alaraq şəxsi heyətlə məşğələlər aparılıb.  Hava gəmilərinin təhlükəsiz şəkildə enmə zolağına enib-qalxmasını təmin etmək məqsədi ilə lazımi tədarüklər görülüb. Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının və qazanxana bölümündə istilik qazanlarının yoxlanması işləri başa çatdırılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər görülüb. Bir sözlə, yaradılan şərait və mövsümlə əlaqədar davam etdirilən tədbirlər payız-qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək,-deyə Əli Bayramlı qeyd edib.

Xatırladaq ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmiş, həmin müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına da konkret tapşırıqlar verilmişdi.

Kənan Cəlilov

NTV xəbər

 

Bənzər məqalələr

www.naxcivantv.az