Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının müasir Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirib.

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, insan hüquqlarının müdafiəsi istiqamətində də mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkə başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamı və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaratmışdır.

Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kompleks şəkildə davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır.

Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Ötən dövr ərzində muхtar rеspublikada Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə penitensiar xidmətin infrastrukturu təkmilləşdirilmiş, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqistatusu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. Belə ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası cari ildə də bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinə, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə, cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaratmışdır.

Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi məhdud fiziki imkanlı şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm rol oynayır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə şərait yaratmışdır.

Muxtar respublikada qadın hüquqlarının müdafiəsi, o cümlədən qadınların məşğulluğunun təmin edilməsi, müvafiq peşəyə yiyələnməsi, fiziki qüsurlu qadınların cəmiyyətə inteqrasiya olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada qadınlar digər sahələrlə yanaşı, dövlət idarəçiliyində, ictimai-siyasi həyatda da fəal iştirak edirlər. Qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açmışdır.

Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi atılan mühüm addımlardandır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, o cümlədən onların hüquq sahəsinə olan maraqlarının artırılması və gənclər arasında insan hüquq və azadlıqlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə mütəmadi olaraq hüquq olimpiadaları və bilik yarışları, intellektual oyunlar həyata keçirilir.

Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuş, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.

Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılmış, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə yüksək maddi-texniki təchizata malik Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir.

Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının yaradılması, kütləvi informasiya vasitələrinin yeni internet saytlarının istifadəyə verilməsi və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə isə muxtar respublikanın ilk informasiya agentliyi olan “Nuhçıxan”ın və onun internet saytının yaradılması Ali Məclis Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.

Muxtar respublikanın iqtisadi inkişafı,sosialiqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

 

Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - VİDEO

20-07-2019-15-34 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...

Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb

19-07-2019-13-59 Xəbərlər

Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrind...

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

19-07-2019-12-51 Xəbərlər

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər prokuroruğunun əməkdaşları Qaraçuq kəndi...

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

19-07-2019-12-09 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən əsas göstərici kimi 20...

Muxtar respublikada sənaye məhsulunun istehsal həcmi artıb

19-07-2019-11-35 Xəbərlər

Muxtar respublikada sənaye məhsulunun istehsal həcmi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirili...

Ötən günün mənzərəsi - VİDEO

19-07-2019-11-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

19-07-2019-10-07 Xəbərlər

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

18-07-2019-21-52 Xəbərlər

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

Bu gün şair, dramaturq Kəmalə Ağa qızı Ağayeva vəfat edib. Kəmalə xanım 1936-cı ...

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

18-07-2019-21-26 Xəbərlər

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

18-07-2019-20-01 Xəbərlər

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat...

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

18-07-2019-18-58 Xəbərlər

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının icl...

Naxçıvanda sabaha olan hava proqnozu

18-07-2019-17-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

18-07-2019-12-40 Xəbərlər

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi mə...

Ötən günün mənzərəsi - VİDEO

18-07-2019-11-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...