Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fransanın http://juliepravot.blog.lemonde.fr/ saytında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətlinə əmr verən Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq Azərbaycan diasporunun Parisin mərkəzindəki Trokadero meydanında keçirdiyi aksiya ilə bağlı “Azərbaycan həqiqətlərin ictimaiyyətə çatdırılması naminə nümayiş edir” adlı məqalə dərc olunub.

Naxcivantv.az xəbər verir ki, Məqalədə aksiyada Sarkisyanın cinayətkar adlandırıldığı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 26-da törədilən genosid aktında onun birbaşa əlinin olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, artıq ədalətin bərqərar olma, eləcə də Fransanın azərbaycanlıların fundamental hüquqlarının tapdandığını tanıma vaxtı gəlib çatıb.

Bildirilib ki, Human Rights Watch Xocalı genosidini Dağlıq Qarabağ münaqişəsinin ən böyük qırğını kimi göstərib. Ermənistanın dəhşətli qətliamı törətməsi aydın şəkildə qeyd edilsə də, beynəlxalq ictimaiyyət indiyədək bu soyqırımına lazımi qiymət verməyib.

Azərbaycan diasporu bu aksiya ilə Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə töhfə vermək üçün Fransanı və beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təcavüzünü tanımağa və pisləməyə səsləyib.

Fransa–Azərbaycan Dostluq Qrupunun və Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel aksiyada çıxış edərək, azərbaycanlıların Ermənistanın törətdiyi Xocalı soyqırımının qurbanı olduğunu bildirib və ölkəmizin 20 faiz ərazisinin işğalından danışıb.

 

www.naxcivantv.az