Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Gənclər Mərkəzində Komissiya tərəfindən ikinci startap layihəsinin-“DQMK.NMR.AZ” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bu gün muxtar respublikada gənclərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradıldığını, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Səyyari dövlət qulluğu könüllülüyü layihəsi” çərcivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal şəkildə əməkdaşlıq etdiyini, könüllü gənclər üçün müxtəlif mövzularda təlimlər keçirdiyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli muxtar respublikanın dövlət orqanları arasında ilk dəfə olaraq bu cür layihə həyata keçirildiyini bildirib. Vətəndaşlar “DQMK.NMR.AZ” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə işləyən mobil qurğular vasitəsilə yükləyə bilərlər. Mobil tətbiqin yaradılmasında əsas məqsəd Komissiyanın fəaliyyətinin daha geniş kütlələrə çatdırılması, vətəndaşların elektron xidmətlərdən istifadəsinin asanlaşdırılması və çevikliyin təmin olunmasıdır. Bundan sonra vətəndaşlar mobil tətbiqi yükləməklə telefon vasitəsilə istənilən yerdən Komissiyanın fəaliyyətini izləyə, xəbərlər, elanlar, müsabiqələr və imtahan nəticələri barədə ətraflı məlumat əldə edə biləcəklər. Gələcəkdə mobil tətbiqin imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra mobil tətbiqin hazırlanması üçün elan olunmuş startap müsabiqəsinin qalibi, Naxçıvan Dövlət Universitetinin magistrı Əziz Qasımov slayd vasitəsilə mobil tətbiq barədə geniş məlumatı iştirakçılara çatdırıb.   

www.naxcivantv.az