Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şahbuz rayonunda ümumtəhsil məktəblərinin qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyi təşkil olunub.

 

Naxcivantv.az xəbər verir ki, birincilik Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı İdris Qəhrəmanov və Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Gülmalıyev çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.

İyirmidən çox şagirdin mübarizə apardığı yarış İsveçrə sistemi üzrə keçirilib.

Yarışın yekun nəticələrinə əsasən, Nuray Quluzadə 5 xalla qalib adını qazanıb. Ondan bir xal az toplayan Fidan Quluzadə ikinci, 3,5 xalla Fatimə Yusifli isə üçüncü olub.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

 

www.naxcivantv.az