Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Prezident İlham Əliyev  Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Birqadasının hərbi qulluqçularını təltif etdi

Naxcivantv.az xəbər verir ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, polkovnik-leytenant Əliyev Sahil Asəf oğlu və mayor Qarayev Hüseyn Ərrəhman oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında bu gün sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçu təltif edilib. 

Prezident İlham Əliyev Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Birqadasının hərbi qulluqçularını təltif etdi

www.naxcivantv.az