Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikanın  kitabxana işçiləri təkmilləşdirmə kursuna cəlb olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə  muxtar respublikanın  kitabxana işçiləri üçün təkmilləşdirmə kursu təşkil olunub.

Naxcivantv.az xəbər verir ki, kursda muxtar respublikanın şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları  iştirak edirlər. Kursun ilk məşğələsində Məmməd Səid Ordubadi adına muxtar respublika  kitabxanasının  şöbə müdiri Tamella Əsgərovanın “Azərbaycanda  depozitor kitabxanaların  təşkili” mövzusunda mühazirəsi dinlənilib. 

Qeyd edək ki, 10 gün davam edəcək kursda kitabxana işçilərinə  müasir kitabxana işi,  bu sahədə  yeni texnologiyaların tətbiqi, kitabxana fondundan istifadə qaydaları barədə mühazirələr oxunacaq.  Məşğələləri bu sahədə təcrübəli mütəxəssislər aparacaqlar.

 

Arif Həbibov

NTVxəbər

 

www.naxcivantv.az