Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Son illər muxtar respublikaya turist axının artması xarici ölkələrin media orqanlarında Naxçıvan haqqında materialların daha geniş yayımlanmasına öz təsirini göstərir. Xüsusilə qardaş Türkiyə mətbuatında diyarımızla bağlı müxtəlif səpkili yazılar təqdim olunur.

Naxcivantv.az məlumat verir ki, bu yaxınlarda Türkiyə Cümhuriyyətinin tanınmış “Anadolu” informasiya agentliyinin, “TRT Haber” televiziyasının və “Milliyət” qəzetinin saytlarında “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi haqqında maraqlı yazı yayımlanıb.

“Naxçıvandakı Əshabi-Kəhf mağarasına turist marağı” sərlövhəsi ilə təqdim olunan yazıda ziyarətgah haqqında məlumat verilib və buraya ilin bütün fəsillərində bir çox ölkələrdən turistlərin gəldiyi diqqətə çatdırılıb. Məqalədə “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksinin müdiri Qaraş Qurbanovun və  Türkiyədən gələn ziyarətçilərin maraqlı müsahibələrinə və ziyarətgahdan çəkilmiş fotoşəkillərə də geniş yer verilib.

Məqalənin orijinal variantı ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

"Anadolu" informasiya agentliyi

"Milliyet" qəzeti

TRT Haber

www.naxcivantv.az