Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar Respublika idmançılarının Naxçıvan şəhərində yerləşən muzeylərə növbəti gəzintiləri təşkil olunub

Naxçıvan MR Şərq Döyüş Sənəti federasiyasının idmançıları  Bəhruz Kəngərli muzeyində olublar. Burada eksponatlara baxılıb, böyük rəssamın rəsm əsərləri ilə yaxından tanış olunub. 

Bildirilib ki, görkəmli realist rəssam Bəhruz Kəngərli bir-birindən dəyərli əsərləri ilə özünəməxsus məktəb yaratmışdır. Onun milli kaloritli zəngin əsərləri Naxçıvan rəssamlıq məktəbinin əsas yaradıcılıq qayəsini təşkil edir. 

Naxçıvan MR Atıcılıq federasiyasının idmançılarına Hüseyn Cavidin Ev Muzeyi ilə tanışlıq zamanı onun zəngin irsi, həyat və fəaliyyəti ilə bağlı dolğun məlumat verilib. Sovet represiyasının qurbanı olan Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bir daha vurğulanıb. Ardınca onlar  dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsini də ziyarət ediblər.

Naxçıvan MR Hava və Ekstremal idman növləri federasiyasının idmançıları isə Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət ediblər. Qonaqlar böyük ədibin həyat və yaradıcılığına aid ekspanatlar və onun ailəsinə məxsus  məişət əşyaları, o cümlədən  yazıçının əsərləri, onun müasirlərinə aid sənədlərlə tanış olublar.

Naxçıvan MR Paralimpiya federasiyasının üzvləri Xatirə muzeyini ziyarət ediblər. İdmançılar  muzey haqqında müfəssəl məlumat alıblar. Qeyd olunub ki, muzey 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət 1849 eksponat mühafizə və nümayiş etdirilir.  Onlar qəhrəmanlıq tariximizi əks etdirən muzeydən zəngin təəsüratlarla ayrılıblar.

 Bununla da idmançıların növbəti  muzey gəzintiləri sona çatıb.

 

                                                                      Elvir Qasımzadə

NTVxəbər

 

 

www.naxcivantv.az