Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən Naxcivantv.az-a verilən məlumata görə 2017-ci ilin mart ayı üçün əmək pensiyalarının ödənişi Novruz Bayramı ərəfəsində vaxtından əvvəl başa çatdırılıb.

Artıq pensiyaların ödənişi üçün tələb olunan vəsait əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi üçün vəsait köçürülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci ilin 2 ayı ərzində muxtar respublikada yeni əmək fəaliyyətinə başlayan vətəndaşların sosial sığorta şəhadətnamələri ilə təmin olunması sahəsində işləri davam etdirilib. Cari ilin əvvəlindən sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılıb. Fondun fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı cari ilin iki ayı ərzində 1387 nəfər artaraq 165787 nəfərə çatıb.

www.naxcivantv.az