Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dörd nəfər yüksək vəzifəli əməkdaşı Beynəlxalq Ziyarətçi Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında səfərdə olub. 

Naxcivantv.az-ın məlumatına görə, 10 gün davam edən səfər ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Departamentinin dəvəti ilə baş tutub. Səfər çərçivəsində ABŞ-da gömrük və sərhəd mühafizəsinin təşkili, Laredo və Mayami şəhərlərindəki gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq olub.

Azərbaycan gömrük xidməti nümayəndə heyəti ilk olaraq Gömrük və Sərhəd Mühafizəsi Departamentinin rəhbər işçiləri və məsul əməkdaşları ilə görüşüb. Departamentin Vaşinqton şəhərindəki qərargah binasında keçirilən görüşdə Beynəlxalq əlaqələr İdarəsi rəhbərinin müavini İan Sanders qarşılıqlı əlaqələrin inkişafında və təcrübə mübadiləsinin artırılmasında maraqlı olduqlarını vurğulayıb.

Vaşinqtonda keçirilən görüşlərdən sonra nümayəndə heyəti Meksika ilə sərhəddə yerləşən Laredo şəhərinin dəmir yolu, o cümlədən yük və minik maşınlarının hərəkəti üçün nəzərdə tutulmuş sərhəd gömrük postlarında və karqo terminallarında işin təşkili ilə tanış olub.

Mayami şəhərindəki gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, Mayamidə ABŞ-ın ən böyük dəniz limanlarından biri faəliyyət göstərir. Cənubi Amerika, Karib dənizi hövzəsi ölkələri, habelə Çin Respublikası ilə əsasən bu liman vasitəsilə ticarət əlaqələri qurulur.

Səfər çərçivəsində müstəqil Azərbaycan gömrüyünün keçdiyi inkişaf yolu, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə, daxili bazarın qorunması və digər sahələrdə əldə olunan nailiyyətlər barədə məlumatlar verilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin iki ölkənin maraqlarına uyğun olduğu və gömrük orqanlarına fayda verəcəyi vurğulanıb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2066-az%C9%99rbaycan-g%C3%B6mr%C3%BCk-xidm%C9%99tinin-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-ab%C5%9F-%C4%B1n-g%C3%B6mr%C3%BCk-v%C9%99-s%C9%99rh%C9%99d-m%C3%BChafiz%C9%99si-departamentinin-f%C9%99aliyy%C9%99ti-il%C9%99-tan%C4%B1%C5%9F-olublar.html?tmpl=component&print=1&layout=default&page=#sigProId013f9a92c5

www.naxcivantv.az