Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əhməd Arslan: Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədi açılmayacaq

Türkiyə bütün qonşuları ilə yaxşı münasibət qurmağı arzulayır, lakin Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədinin açılması mümkün deyil.

Naxcivantv.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Nazir bildirib: "Təəssüf ki, Ermənistan üzündən biz sərhədləri bağlamışıq. Biz bütün qonşularımızla münasibətləri inkişaf etdirmək, ticarət əlaqələri qurmaq istəyirik. Biz həmişə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və məcbur köçkünlərin öz yerlərinə qaytarılması şərtilə sərhədlərin açılmasının mümkün olduğunu bildirmişik. Biz Ermənistana blokadadan çıxmağı və Türkiyə vasitəsilə Avropaya çıxmağı təklif etmişik".

www.naxcivantv.az