Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikasında iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

www.naxcivantv.az