Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Respublika fənn olimpiadalarının qalibi olan naxçıvanlı məktəblilərin mükafatlandırılması olub.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iyunun 24-də imzaladığı sərəncamla 3 şagirdin adlarının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz nümunəsidir.

Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla 25 medal qazanıblar.

Təhsil naziri qeyd edib ki, Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika birincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika ikincisi olublar.

Tədbirdə çıxışlardan sonra olimpiada qaliblərinə medal və sertifikatlar təqdim edilib, qaliblərlə birlikdə xatirə şəkli çəkdirilib.

www.naxcivantv.az