Təqvimdə elə günlər var ki, həmin tarix xalqın taleyi ilə birbaşa bağlı olur.

1969-cu ilin 14 iyulu da Azərbaycanda belə tarixi günlərdəndir. Həmin gün ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbər seçilmiş və Azərbaycanda yeni inkişaf mərhələsi başlanmışdır.

Həyatın dəyərini xalqa, vətənə sevgi və xidmətdə axtaranlar əsl liderlərdir. Ölkəmizə rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin ömür yolu da xalqına xidmət salnaməsidir. Bu gün dünyanın istənilən yerində “Azərbaycan” deyərkən “Heydər Əliyev”, “Heydər Əliyev” deyərkən “Azərbaycan” başa düşülür. Çünki müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bəzən tarixə obyektiv qiymət vermək üçün, hadisələrin inkişafına şəxsiyyətlər prizmasından baxmaq lazımdır. Əgər Azərbaycanın son 50 illik tarixinə bu prizmadan nəzər salsaq, görərik ki, ümummilli lider Heydər Əliyevin həyatı da xalqımızın xilaskarlıq və qurtuluş tarixidir.

Görkəmli rus yazıçısı Lev Tolostoy yazırdı ki, “Vətənə məhəbbət mücərrəd anlayış deyil, o təşkilatçılıq, inkişaf və cəsarət tələb edən real mənəvi qüvvədir”. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü də yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük cəsarətə malik olmasında idi.  

“Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”, - deyən dahi şəxsiyyət həm də vurğulayırdı ki, “Azərbaycana bəxş etdiyim bu töhfələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”.

Ulu öndər Heydər Əliyev Azərbaycanı cəmi 14 il ərzində hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevirmişdir. Yüzlərlə yeni müəssisələr tikilmiş, qəsəbələr, mikrorayonlar salınmışdır. İqtisadi inkişafla yanaşı, həm də mühüm sosial dəyişikliklər həyata keçirilmiş, insanların güzəranı yaxşılaşmış, kənd əhalisinin həyat tərzi dəyişmişdir. Avtomobil və dəmir yollarının inşasına başlanmış, məktəblərin, mədəni-maarif və səhiyyə müəssisələrinin tikintisinə diqqət artırılmışdır. Kəndlərdə məktəblər, mədəniyyət sarayları, kitabxanalar istifadəyə verilmiş, su kəmərlərinin, suvarma qurğularının və dəryaçaların tikintisi geniş vüsət almışdır. Həmin dövrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası da yeni quruculuq mərhələsinə qədəm qoymuşdur. İmperiya siyasətinin mahiyyətinə uyğun olaraq məqsədli şəkildə diqqətdən kənarda saxlanılmış Naxçıvan qısa müddətdə böyük quruculuq meydanına çevrilmiş, sənayenin, emal və hasilat sahələrinin şəbəkəsi genişlənmiş, ət-süt kombinatları, taxıl və üzüm emalı müəssisələri, mədəniyyət evləri, məktəblər, xəstəxanalar inşa olunmuş, su anbarları tikilmiş, muxtar respublikaya təbii qazın verilməsinə başlanılmışdır. 

O dövrdə ittifaq büdcəsindən mərkəzləşmiş maliyyə və maddi resursların artan həcmdə Azərbaycanın inkişafına yönəldilməsi gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurulması üçün əsaslı iqtisadi zəmin hazırlamışdır. Ulu öndərin 1969-cu ildə imperiyanın aqrar əlavəsi kimi gerilik və tənəzzüldən çıxardığı Azərbaycan 1980-ci illərdə keçmiş ittifaqın müstəqil olaraq yaşaya biləcək iki respublikasından birinə çevrilmişdir.

Təbii ki, bütün bunlara təkcə iqtisadi inkişaf hesabına deyil, həm də milli kadrlar hazırlamaqla, milli dəyərlərə, milli özünüdərkə və soykökə qayıdışla nail olunmuşdur.

Müdriklər deyir ki, “Həqiqi dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdə xalqı üçün fayda götürməyi bacarsın”. Totalitar sistemin ağır təzyiqlərinə baxmayaraq o zaman Azərbaycan xalqının strateji maraqları naminə ciddi addımlar atması, milli varlığın ən böyük daşıyıcısı olan Azərbaycan dilinə yüksək status verməsi, xalqın milli düşüncə tərzini formalaşdırması istiqamətində həyata keçirdiyi tədbirləri də yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli dövlət xadimi reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Məhz bu səbəbdən 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın milli dövlətçiliyinin və müstəqillik yolunun başlanğıcıdır.

Təbii ki, bu yolda əldə edilən ən böyük uğur milli hərbiçi kadrların hazırlanması idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada böyük perspektivə hesablanmış müdrik qərar idi. Azərbaycanlı gənclərin hərb sənətinə yönləndirilməsi, bütünlükdə gənclərə qayğının mütəşəkkil və ardıcıl xarakter alması ötən əsrin 70-ci illərindəki Azərbaycanın Ulu öndərin adı ilə bağlı olan ən mühüm nailiyyəti kimi tarixə düşmüşdür.  

Ulu öndərin Sovetlər Birliyi dövründə xalqımız qarşısındakı xidmətlərindən biri də, heç şübhəsiz, Azərbaycan torpaqlarının qeyri-qanuni yolla Ermənistana güzəştə gedilməsinə yönəlmiş siyasətə son qoyması idi.

Bu gün tam əminliklə demək mümkündür ki, müstəqil Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına daha dərindən inteqrasiyası xalqa ləyaqətli xidmətin canlı nümunəsini yaradan ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə təməlini qoyduğu inkişaf və quruculuq strategiyasına əsaslanır.

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ana xəttində azərbaycançılıq məfkurəsi dayanır. Ulu öndərin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi əslində son ana qədər azərbaycançılıq məfkurəsinə sadiqliyin, əsl liderə məxsus olan vətənpərvərlik mövqeyinin nümayişi idi.

Xalqımızın böyük oğlunun 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, muxtar respublikanı işğaldan qoruması, bayrağımızı yenidən yüksəltməsi, milli ordu quruculuğuna başlaması, bir sözlə muxtar respublikada müstəqil dövlətçiyimizin əsaslarını yaratması yenicə qazandığı müstəqilliyi itirmək və parçalanmaq təhlükəsi yaşayan Azərbaycanın nicatına çevrildi. 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi möhkəmləndirdi, ölkəmiz yenidən 1969-cu ilin inkişaf xəttinə qayıtdı. 

Tarix özü sübut etdi ki, Heydər Əliyev siyasi  xətti Azərbaycanın bugünkü uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir. Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ancaq Ulu öndərin siyasi xəttindən keçir. Əgər 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn möhtərəm Heydər Əliyev Azərbaycanı böyük imperiyanın tərkibində yox olmaqdan, milli varlığını itirməkdən xilas etmişdirsə, 1993-cü ildə hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycanın qurtuluş tarixinin əsasını qoymuşdur. Azərbaycanın ötən 50 illik tarixi də inkişafdan başlayan və qurtuluşla əbədiləşən Heydər Əliyev siyasətinin bəhrəsidir.

Bu gün dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş müstəqil və qüdrətli Azərbaycan, eləcə də onun davamlı inkişaf mərhələsinə qədəm qoymuş Naxçıvan Muxtar Respublikası ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ən layiqli töhfədir.

Ümummilli lider Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan həm də sübut etmişdir ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Ulu öndərin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirmişdir.

Azərbaycanda davamlı inkişafın təmin olunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi həm də dövlət-xalq birliyinin nəticəsidir. Bu birlik bütün sahələrdə inkişafın əsas hərəkətverici qüvvəsidir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Ulu öndərin siyasi xəttinə sədaqət iqtisadi inkişafın yüksək dinamikasını təmin edib.

Vətənə, xalqa xidmətin əsasında ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət, Heydər Əliyev siyasi xəttinin əsasında isə müstəqil Azərbaycanı sevmək, onu qorumaq və inkişaf etdirmək dayanır. Müdrik rəhbərin dediyi kimi, “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

Ülvi Hüseynli

Jurnalist

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...