Şəxsiyyətlərin tarixdə rolu barədə müxtəlif elmi-politoloji nəzəriyyələr mövcud olsa da, məşhur alman mütəfəkkiri Fridrix Nitsşenin vaxtilə söylədiyi bu fikir bütün dövrlərin ictimai formulu kimi aktuallığını saxlayır: “Tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır”.

XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi ömrünü xalqının nicatına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev xalqımızın qəlbində məhz tarix yaradan şəxsiyyət kimi yaşayır.

Ulu öndər xalqı həqiqi müstəqilliyə və yüksək rifaha qovuşdurmaqla hər birimizin qəlbində özünə möhtəşəm bir abidə ucaltmış, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ona görə də 50 il bundan əvvəl - 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqilliyinin, parlaq və işıqlı gələcəyinin başlanğıcı kimi böyük əhəmiyyətə malik olan tarixi hadisədir.Məhz həmin tarixdən etibarən Azərbaycana uğurla rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı və dəyərlərimizi  qoruyub yaşatmışdır.

Ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrindəki durğunluqəhalinin güzəranına da təsirsiz ötüşmürdü. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plemumumda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmiş, Sovetlər Birliyinin rəhbərlərindən biri olmuşdur. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəçiliyi, istedadı və bacarığı nümayiş etdirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev isə ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. Ulu öndər Azərbaycanı xammal istehsalçısından müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun səyləri nəticəsində 1969-1982-ci illərdə ölkəmizin müxtəlif regionlarında yaradılmış yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai¬-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edərək deyirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Qeyd etmək lazımdır ki, ulu ¬öndərin Azərbaycanda hakimiyyətinin birinci dövründə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilərək, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdur. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 15 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bütün bunlar Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin göstəricisi, gələcək müstəqil Azərbaycanın inkişafı istiqamətində atılan mühüm addımlar idi. 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca neftayırma, elektronika, elektrotexnika, radio¬texnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər ¬sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderin ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirləri belə xarakterizə etmişdir:  “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.

Dahi şəxsiyyətin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz ¬tarixi xidmətlərindəndir.

Ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf etməyə başlamışdır. Reallıq budur ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrindəngeridə qalır, sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarın mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmiş, kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.

Ötən əsrin 90-cı illərində- ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır.

1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya getmiş və ali hakimiyyətə bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır.

1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Hazırda bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı çox qısa zamanda dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmişdir. Ötən dövr onu göstərdi ki, Azərbaycanda Heydər Əliyev ¬siyasi xəttinin alternativi yoxdur. İnsana qayğı, milli və mənəvi dəyərlərə sədaqət, dövlətçiliyimizə yorulmadan xidmət bu siyasi kursun əsasını təşkil edir.

Heydər Əliyev yolundan uzaqlaşanda məhvə sürüklənən və faciələrlə üzləşən  Azərbaycan Qurucu rəhbərin tarixi xidmətləri sayəsində yenidən 1969-cu ildəki inkişaf yoluna qayıtmış, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başladı, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-¬hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər ¬Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində əbədi yer tutdu.

Ulu öndər Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, 4 dəfə Lenin ordeni, Qırmızı Ulduz Ordeni və çoxlu medallarla təltif edilmiş, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüş, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə 2005-ci il aprelin 22-də “Heydər Əliyev” ordeni təsis edilmişdir.

Azərbaycanın son əlli ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf  baş vermiş, Azərbaycn zamanın ağır və sərt sınaqlarından çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider dövlətə çevrilmişdir. Qüdrətli, siyasi və dövlət xadimi olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır.

Bu gün ulu öndərin siyasi hakimiyyətə başlamasının 50-ci ildönümündə dahi şəxsiyyətinin milli inkişaf strategiyasının uzaqgörənliklə davam etdirilməsi Azərbaycanı, eləcə də Naxçıvanı müasirliyə və inkişafa qovuşdurub. Bunun ifadəsidir ki, Naxçıvan şəhəri ötən il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı ¬seçilib, Avropa günlərinə ev sahibliyi edib.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanan illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Artıq Naxçıvanda ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub, sənaye və kənd təsərrüfatının, əhali gəlirlərinin həcmi dəfələrlə yüksəlib, torpaqlarımızın  etibarlı müdafiəsi təmin olunub,  2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərlə bərabər 11 min hektar torpaq işğaldan azad edilib.Muxtar respublikada yaşıllıqların sahəsi 20 faizə qədər artırılıb, Şəhər və kəndlərdə müasir yol şəbəkəsi qurulub. Naxçıvanda məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Təbii ki, bunların hamısı ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticələridir.

Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu kimi proseslər ulu öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Gələcəkdə Azərbaycanı Heydər Əliyev siyasi xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir”.

 

                                                               Nihad Bayramlı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...