Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şərur rayonun kəndlərində  biçin kampaniyası mütəşəkkil keçirilir.

Zəmilərə çıxan 20-dək kombaynın hər biri saz vəziyyətdədir, istənilən nasazlığı aradan qaldırmaq üçün lazımi ehtiyat hissələri də alınıb.

Həmçinin, biçin kampaniyasına kifayət qədər maşın-mexanizmlər cəlb olunub. Buna görə də biçilmiş taxılın xırmanlara daşınmasında sahibkarlar çətinlik çəkmirlər. Elin varını itkisiz toplamaq üçün rayonda yaradılmış qərargah da fəaliyyət göstərir.

Ümumiyyətlə, biçin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün bütün mövcud imkanlardan səmərəli istifadə olunur.

Şərur kəndlisi bu ilin məhsulu üçün 4 min 127 hektarda bol taxıl yetişdirib. İndiyədək 1.850 hektardan çox  sahənin məhsulu biçilib, 6 min 245 tondan artıq taxıl istehsal olunub. Hələlik hektarın orta məhsuldarlığı 33,8 sentnerdir.

 

“Şərurun səsi” qəzeti

www.naxcivantv.az