Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şərur rayonunun Muğancıq-Mehrab kəndində yeni obyektlər inşa olunur.

Bu ilin əvvəllərində burada kompleks quruculuq tədbirlərinə başlanmasını sakinlər kənd adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər. Bunlardan biri ikimərtəbəli məktəb binasıdır. Tamamilə yenidən qurulması nəzərdə tutulan məktəb binasının tikintisində hörgü əsasən başa çatıb, daxildə və fasad hissədə suvaq işləri görülür.

Məktəb binasının yaxınlığında kənd mərkəzi və həkim ambulatoriyası da inşa edilir. Bu oyektlər iki mərtəbədən ibarət olacaq. Kənd mərkəzində ATS, poçt, tibb məntəqəsi, baytar və polis otaqları, kitabxana fəaliyyət göstərəcək, icra nümayəndəliyi, bələdiyyə, YAP-ın ərazi ilk təşkilatı, klub yerləşəcəkdir.

Həkim ambulatoriyasında müasir tibbi avadanlıqlar quraşdırılacaq. Bu obyektlərdə də əsas işlər yekunlaşıb, hazırda arakəsmələr hörülür.

Digər bir bina isə  xidmət mərkəzi üçün inşa edilir. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu xidmət göstərəcək. 

Bunlarla paralel şəkildə Şərur şəhəri ilə Muğancıq-Mehrab, Məmmədsabir və Qarxun kəndlərini birləşdirən avtomobil yolu, digər infrastrukturlar da tamamilə yenilənir.

Lazım olan bütün tikinti materialları ilə vaxtında təmin edilən obyektlərin nəzərdə tutulmuş müddətdə təhvil verilməsi üçün inşaatçı və quraşdırıcılara hərtərəfli şərait yaradılıb.

 

“Şərurun səsi” qəzeti

www.naxcivantv.az