Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Elmi texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə praktiki seminar olub.

Seminarda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri  Rafiq Cəfərov iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verib.

Vurğulanıb ki, .Məhkəmə Ekspertizası Mərkəzi ilə muxtar respublikanın gömrük orqanları arasında sıx əlaqələr mövcuddur. Gömrük orqanlarının təyin etdiyi ekspertizalar müasir avadanlıqların köməyi ilə tədqiq edilərək vaxtında rəy və arayış şəklində cavablandırılır. Belə seminarların təşkili bu qurumlar arasında elmi-texniki, kriminalistik üsul və vasitələrdən istifadə edilməklə keçirilən ekspertizalar sahəsində təcrübə mübadiləsinə böyük köməklik göstərəcəkdir.

Sonra seminar iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olublar. Həmçinin seminar iştirakçılarına məhkəmə ballistik ekspertizası sahəsi üzrə müasir avadanlıqlar və onlarla işləmə qaydaları, müasir kriminalistik avadanlıq vasitəsilə aparılan tədqiqatlar və narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası zamanı istifadə olunan avadanlıqların iş prinsipi barədə məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

www.naxcivantv.az