Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hal-hazırda muxtar respublikanın bütün rayonlarında intensiv taxıl biçini aparılır.

Bu strateji əhəmiyyətli məhsulun yığımı, mal-qara üçün quru ot tədarükü görüldüyü mövsümdə taxılın  yanğından qorunması üçün zəmilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması çox vacib məsələlərdən biridir. 

Taxıl zəmilərində yanğın təhlükəsizliyini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıdakılara  ciddi əməl olunmasını tövsiyə edir: 

- Taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri, torpaq mülkiyyətçiləri  yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün əhali arasında maarifləndirmə işləri aparmalıdırlar. 

-  Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. 

- Taxıl zəmisinin yaxınlığında tonqal qalamaq, gecə vaxtı maşınların yanacaqla doldurulmasına yol vermək olmaz.

-  Zəmilərin yaxınlığında uşaqların kibritlə oynamasına, odla dəcəllik etməsinə yol verilməməlidir.

-  Tezalışan məhsullar, o cümlədən yanacaq və sürtgü materialları yerə tökülməməlidir.
Taxıl yığımı zamanı yanğın baş verərsə..

- kombaynda və ya taxılı daşıyan avtomobillərdə baş verən yanğını təcili olaraq söndürmək və texnikanı taxıl zəmisindən çıxarmaq lazımdır;

- dərhal iş dayandırılmalı, ilkin yanğınsöndürmə vasitələri ilə, eləcə də yanan yerə torpaq atmaqla yanğını söndürməyə çalışmaq lazımdır;

- əgər yanğının qarşısını almaq mümkün olmadıqda, dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya “101” xidmətinə zəng etməklə yanğından mühafizə bölmələrini köməyə çağırmaq lazımdır.

www.naxcivantv.az