Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Şahbuz Rayon Mərkəzi Xəstəxanası ilə birgə humanitar tibbi aksiya keçirib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən xəstəxanaya gələ bilməyən ahıl və hərəkətsiz xəstələrə evlərində tibbi xidmət göstərilib. 15 nəfərdən ibarət həkim briqadası Şahbuzkənd, Badamlı, Külüs və Keçili kəndlərində 15 xəstəni ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq, LOR, cərrah və başqa ixtisas həkimləri iştirak ediblər.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

www.naxcivantv.az