Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayonunun Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, aparılan təhlillər zamanı məlum olub ki, muxtar respublikada ana və uşaqlara göstərilən qayğının və aparılan maarifləndirici tədbirlərin nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Culfa rayonu üzrə 16 735 uşaq vardır ki, bu uşaqlardan da 200-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1,20 faizini  təşkil edir.

“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

 

www.naxcivantv.az