Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş şura iclası keçirilib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı  2019-cu ilin birinci yarısında təsdiq olunmuş iş planına əsasən fəaliyyətini davam etdirib. Ötən müddətdə partiya sıralarına 55 nəfər üzv qəbul edilib, bu müddətdə 6 dəfə idarə heyətinin, 2 dəfə şura yığıncağı, 9 dəfə isə müxtəlif tarixi hadisələrlə bağlı tədbirlər keçirilib.

Şura iclasında Babək rayonunda həyata keçirilən geniş quruculuq işlərindən və bu sahədə partiya fəallarının rolundan ətraflı bəhs olunub.

Sonra məruzə ətrafında çıxışlar olub.

İclasda Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov bildirib ki, muxtar respublikada həyata keçirilən quruculuq işləri Babək rayonunu da əhatə edib. Rayon mərkəzi olan Babək qəsəbəsi tamamilə yenidən qurulub, 27 kənd tam abadlaşdırılıb. Bu il Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib. Hazırda rayon baytarlıq idarəsi üçün yeni inzibati binanın, Kültəpə və Gülşənabad kəndlərində bir sıra sosial obyektlərin tikintisi davam etdirilir.

Şura iclasında YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edib.

O, rayon təşkilatının, onun struktur bölmələrinin, yerli təşkilatların bu ilin birinci yarısındakı fəaliyyətlərini təhlil edərək qarşıdakı dövr üçün vəzifələrdən danışıb. Bildirib ki, rayon təşkilatı fəaliyyətini  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Cənab Vasif Talıbovun son idarə heyəti iclasındakı tapşırıqları əsasında qurmalı, gənclərlə işi bundan sonra da diqqət mərkəzində saxlamalı, yerlərdə partiya üzvlərinin təşəbbüskarlığını, yerli vəzifələrin icrasında iştirakını və fəallığını təmin etməlidir.

İcra katibi qarşıdakı dövrdə muxtar respublika təşkilatının növbəti konfransında və dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində partiya təşkilatlarının hazırlığı məsələsinin də diqqət mərkəzində saxlanılmasını xatırladıb.

 

                                                                Əbülfəz Dünyamalıyev

www.naxcivantv.az