Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün şair, dramaturq Kəmalə Ağa qızı Ağayeva vəfat edib. Kəmalə xanım 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olub.  

Burada 2 saylı şəhər tam orta məktəbini bitirib. 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.  1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü idi.

 Kəmalə Ağayeva fransız dilindən poetik tərcümələr edib. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı, “Göyçək Fatma”, “Tıq-tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulub.  Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. O, Naxçıvan ədəbi mühitində dramaturgiyamıza ilk dəfə tarixi obraz gətirən müəllif kimi yaşayacaqdır.

www.naxcivantv.az