Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyərək 26 milyon 797 min manat olub.

Ümumi xidmətlərin 80,7 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin ilk altı ayında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, 2 poçt binası yaradılıb, 2 avtomat telefon stansiyası quraşdırılıb.

Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilir. Bununla yanaşı, ötən dövrdə muxtar respublikada elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanıb.

www.naxcivantv.az