Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova  Komitəsi tərəfindən keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi haqqında ətraflı məlumat verib, müsabiqə qaliblərini təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb. Həmçinin Ramilə Seyidova bütün mətbuat orqanları əməkdaşlarını qarşıdan gələn 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikasının Tele­viziya və Radio Şurasının üzvü Sara Əzimova, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstutunun şöbə müdiri Asəf Orucov çıxış ediblər. Sonra müsabiqənin qalibləri elan olunub.

Ümumilikdə ən yaxşı film və ən yaxşı foto nominasiyası üzrə 2 nəfər I, 2 nəfər II, 2 nəfər III, 6 nəfər isə həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom, hədiyyə və pul mükafatları verilib.

Tədbirin sonunda müsabiqəyə təqdim edilən fotolardan ibarət hazırlanan videoçarxa baxış olub, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülən  film nümayiş etdirilib. 

Qeyd edək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 41 nəfər 117 ədəd film və foto təqdim edib.

www.naxcivantv.az