Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan şəhərində həyata keçirilən quruculuq işləri bütün sahələrlə yanaşı, səhiyyə sahəsini də əhatə etməkdədir. Səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri də ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsidir. Çünki sağlam insan cəmiyyət üçün çox böyük sərvətdir. 

Son illərdə Naxçıvan şəhərində insanların sağlamlığına xidmət edən  bir neçə yeni səhiyyə müəssisəsi tikilərək insanların istifadəsinə verilib. Həmin müəssisələr müasir tibbi avadanlıqlarla təmin olunduğundan bu səhiyyə ocaqlarında müayinə və müalicənin keyfiyyəti də xeyli yüksəlib. 

Səhiyyə sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün tikilən obyektlərin keyfiyyətlə inşa olunması da diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində inşa olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu üçün Mərkəzi Hərbi Xəstəxanada da işlər sürətlə və keyfiyyətlə davam etdirilir. 2011-ci ilin mart ayından inşasına başlanılan hərbi xəstəxana ümumilikdə 4092 kvadratmetr ərazidə inşa edilib. Xəstəxana zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir və hər mərtəbədə 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada, ümumilikdə, 250-ə yaxın otaq olacaq. 

398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya və elektrik xətlərinin çəkilişi başa çatıb. Xəstəxananın havalandırma sistemi quraşdırılıb, qapı və pəncərələr salınıb, istilik sistemi, su-kanalizasiya xətləri çəkilib. 

Xəstəxana gələcəkdə hər cür tibbi avadanlıqlarla təmin olunacaq ki, bu da əsgər və zabit heyətinin sağlamlığının yüksək səviyyədə qorunmasına imkan verəcək.

Tural Tapdıqlı

www.naxcivantv.az