Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Həyatımız insanlarla doludur.

Gələni var, gedəni var, qalanı var. Biz  gəlib  bizim ruhumuzda qalanların torpağında  kök salır, böyüyüb  Çinar oluruq. Biz onların torpağında can tapırıq, onlar bizim Çinarımızda kölgələnir.

Torpaqdan yaradılıb insan, soyuq da ola bilir, isti də... Qaranlıq da ola bilir, işıqlı da.. Nifrət də edə bilir, nəhayətsiz bir  məhəbbətlə sevə də. Sonda hər şeyə rəğmən  qollarını açıb  dünyanı qucaqlaya bilir...  

Əslində insan insanda formalaşır...

Gecələr ulduzları sayanda, həm də bizdə, bizimlə qalan və bizdən gedən insanları da sayırıq bircə-bircə... Öz-özümüzə səbəblər axtarır, bəhanələr sadalayırıq...  axı bu insanlar niyə getdilər, bəs qalanlar niyə qaldılar, deyə ..

Səvablarımızı xatırlayırıq, gözlərimiz dolur, susuruq...

Günahlarımızın vəkili də, hakimi də özümüzük...  ruhumuzu asırıq dar ağacından  hər gecə... Halbuki gedənlər kimi dönük deyilik torpağımıza...

Getməyə nə var axı, mən də gedərəm bütün adamların torpağından, tozu dumana qatıb.  Soyuyaram buz kimi... üşüdüb ürəkləri torpağımdan qovaram...  qılınc-qalxan qurşanıb...

Mən torpağıma sadiq Çinaram... Ucaldıqca bəs deməyən, başım buludlara dəysə də torpağımda daha dərin kök salmağı bacaran  biriyəm... Sevirəm əlini, ətəyini məndən çəkən, yarı yolda qoyub gedən insanları da....

Torpaq da mənəm, Çinar da...

Yenə gəzə-gəzə yolum sevgiyə çıxdı...torpağa və Çinara olan sevgiyə...

  Əfruz Seyidova

www.naxcivantv.az