Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən mehmanxana və digər turizm obyektlərinin nümayəndələri ilə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artdığı üçün Dövlət Miqrasiya Xidmətinin üzərinə də daha çox iş düşür. Naxçıvan Muxtar Respublikasına gələn əcnəbilərin rahatlığını, təhlükəsizliyini daim diqqətdə saxlayan Dövlət Miqrasiya Xidməti onların maariflənməsinə, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına da ciddi tələbkarlıqla yanaşır.

Sonra Xidmətin əməkdaşı Elnur Zellabdinov mövzu ilə əlaqədar çıxış edərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışıb, prosedur qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.  

Çıxışlardan sonra qarşılıqlı diskusiya şəklində mövzu ətrafında müzakirələr aparılaraq tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən cavablandırılıb.

Sonda mehmanxana və digər turizm obyektlərinin nümayəndələrinə hüquqi maarifləndirmə məqsədilə Dövlət Miqrasiya Xidmətinin hazırladığı bukletlər təqdim olunub.

www.naxcivantv.az