Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Naxcivantv.az-ın məlumatına görə, müraciətdə hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməyin vacibliyi qeyd olunub.

“Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır,- deyə müraciətdə əhalinin diqqətinə çatdırılıb.

Qaydalara biganəlik həyatımıza təhlükədir.

Təhlükə zamanı Naxçıvan Muxtar Respublikası Föqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 101 xidmətinə zəng edilməlidir.

www.naxcivantv.az