Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir. Ermənistan mətbuatının yazdığına görə, bunu “Gallup International Association” təşkilatının Yerevan nümayəndəliyinin direktoru Aram Navasardyan bəyan edib.

Onun sözlərinə görə, rəy sorğusunda iştirak edən insanların böyük əksəriyyəti hesab edir ki, ölkə iqtisadiyyatında ciddi problemlər mövcuddur.

A.Navasardyan deyib ki, rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin, yalnız 0,7 faizi iqtisadi vəziyyətin çox yaxşı olduğunu bildirib.

www.naxcivantv.az