Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Pakistanlı ekspert: “Metsamor” AES dünya və region üçün böyük təhlükədir

Pakistanda nəşr edilən “Daily Legal Views” və “Election Times” qəzetlərində, həmçinin onların portallarında Mərkəzi Asiya respublikaları və Azərbaycan üzrə ekspert Mahmud-ul Həsən Xanın “Ermənistanın atom proqramı: qlobal nəticəli regional təhlükəsizlik təhdidi” sərlövhəli məqaləsi dərc olunub.

Naxcivantv.az-ın məlumatına görə, məqalədə qeyd edilir ki, 1970-ci ildə inşa edilən, 1988-ci ilin dağıdıcı Spitak zəlzələsindən sonra bağlanan və 1995-ci ildə yenidən işə salınan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətə başlamasına Beynəlxalq Atom Enerjisi Agentliyi, eləcə də ABŞ və digər Qərb ölkələri tərəfindən etiraz ünvanlanıb. ABŞ 407 meqavatlıq “Metsamor” AES-in dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olduğu qənaətindədir. Buna səbəb isə onun seysmik zonada yerləşməsidir. Belə ki, 8 ballıq zəlzələyə davamlılıq əsasında tikilmiş “Metsamor” 9 ballıq seysmik zonada yerləşir. 2015-ci ilin mayında Ermənistan “Metsamor” AES-in bağlanma tarixini 2016-cı ildən 2026-cı ilədək uzatmaq barədə Rusiyanın RosAtom şirkəti ilə razılıq əldə edib ki, bu, istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından dünya və region üçün böyük təhlükədir.

Qeyd edilib ki, Avropa İttifaqı “Metsamor” AES-in bütün region üçün təhlükə olduğunu bildirib.

Məqalədə Azərbaycan hökumətinin uzun illərdir vaxtı keçmiş və təhlükəli “Metsamor” AES-in fəaliyyəti ilə bağlı beynəlxalq platformalarda məsələ qaldırdığı, lakin Ermənistanın məsuliyyətsiz mövqeyinin davam etdiyi qeyd olunur.

Sonda ekspert vurğulayır ki, bütün ölkələr “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması üçün səylərini birləşdirməlidir.

Pakistanlı ekspert: “Metsamor” AES dünya və region üçün böyük təhlükədir

 

www.naxcivantv.az