Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi idman gimnastikası üzrə dünya kubokunda 21 ölkədən ümumilikdə 90 kişi, 46 qadın idmançının çıxışı gözlənilir.

Naxcivantv.az xəbər verir ki, Dünya Kuboku 16-19 mart 2017-ci il tarixində keçiriləcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Növbəti dəfə təşkil ediləcək kubokda arenaya toplaşacaq tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.

www.naxcivantv.az