Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda “Müasir bank xidmətlərinin tətbiqi və marketinq” mövzusunda seminar keçirilibNaxcivantv.az-ın məlumatına görə, Dövlət Texniki Kollecində keçirilən tədbirdə Naxçıvan Dövlət Univeristetinin, Naxçıvan Univeristetinin və Naxçıvan Dövlət Texniki Kollecinin “Bank işi” ixtisasının tələbə və müəllim kollektivi iştirak edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası idarəsi və Azər-Türk Bank ASC-nin təşkilatçılığı ilə keçirilən seminarda Azər-Türk Bankın departament rəhbəri Leyla Məmmədova çıxış edib, marketinq və onun şaxələri, nağdsız ödəniş,  müasir bank texnologiyaları sahəsi və banklarda müştəri məmnuniyyətinin təmin olunması istiqamətində iştirakçılara ətraflı məlumat verib, slaydlar vasitəsilə reklam afişalarının tərtib olunması qaydalarını göstərib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Mərkəzi bankın əməkdaşı Hafiz İsmayılbəyli bu kimi seminarların keçirilməsində əsas məqsədin tələbələri bank işi və marketinq sahələri barədə məlumatlandırmaq və onları bu sahələrə istiqamətlənirmək olduğunu deyib.

Naxçıvanda “Müasir bank xidmətlərinin tətbiqi və marketinq” mövzusunda seminar keçirilib                                     Şahmərdan Əhmədli

NTVxəbər

 

www.naxcivantv.az