Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Babək rayon sakini bağında 35 sortda meyvə tingi  yetişdirir

Naxcivantv.az-ın məlumatına görə, geniş  təsərrüfatçılıq ənənələri olan Babək rayonunundakı şəxsi təsərrüfatlarda son illər 5 yeni tingçilik təsərrüfatı yaradılıb.

Qaraqala kənd sakini Faiq Bayramov da   Sahibkarlara Kömək Fondundan 30 min manat məbləğində  kredit götürərək   geniş tingçilik təsərrüfatı qurub. O, icarəyə götürdüyü  5 hektarlıq ərazidə müxtəif növ meyvə tingləri yetişdirir. Bu işdən yaxşı gəlir götürən Faiq Bayramov deyir ki, bu tingçilik təsərrüfatını 3 ildir ki, yaradıb və artıq keçən ilin payızı 8 minə yaxın ting sataraq yaxşı qazanc əldə edib. Tinglərin qiyməti növünə görə 3-5 manat arasında dəyişir. Bağda  ərik,  gilas, badam, armud, göycə, şaftalı, xurma və başqa meyvə tingləri olmaqla 35 sortda meyvə tingləri  yetişdirilir. Burda muxtar respublikaya məxsus məhşur  Ordubad əriyi, Naxçıvan göycəsi, Bənəniyar heyvası, Kükü alması və digər  məhşur yerli sortlara üstünlük verilir. Həmçinin sahibkar  qonşu Türkiyə və İrandan da meyvə tingləri gətirərək yerli torpaq-iqlim şəraitinə uyğunlaşdıraraq çoxaldıb.

Faiq Bayramov qeyd edir ki, yerli sortlarla yanaşı qonşu ölkələrdən gətirdiyi cəviz sortları da məhsuldarlıq baxımından səmərəlidir. Çünki yerli qoz sortları 6-7 ilə məhsul verdiyi halda bu sortlar əkildikdən iki il sonra tədricən məhsul verməyə başlayır. Bu da sahibkar üçün iqsadi cəhətdən xeyli səmərəlidir. Sahibkarın saldığı cəviz bağı da artıq bu ildən məhsul verməyə başlayacaq.

Qeyd edək ki, muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının qəbulu sahibkarların  tmeyvəçiliyə marağını  artırıb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2099-bab%C9%99k-rayon-sakini-ba%C4%9F%C4%B1nda-35-sortda-meyv%C9%99-tingi-yeti%C5%9Fdirir.html?tmpl=component&print=1&layout=default&page=#sigProId279fe70f18
                                      

Novruz Məmmədov

NTVxəbər 

www.naxcivantv.az