Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Hepatit B,C, HİV viruslarının vaxtında aşkarlanması və  yayılmasının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Stomotoloji Mərkəzinə müraciət edən vətəndaşların labarator müayinələrinə başlanılıb.

Naxcivantv.az xəbər verir ki, bunun üçün mərkəzdə müasir avadanlıq və tibbi ləvazimatlarla təmin olunan labaratoriya yaradılıb. Laborotoriyada  işləyən tibb bacıları üçün kurslar təşkil olunub. Bu ilin mart ayının 6-dan başlayaraq isə mərkəzə müayinə və müalicə məqsədi ilə müraciət edən hər bir vətəndaş qeydiyyata alınaraq  qan analizlərinin  götürülməsinə başlanılıb. Qan analizləri qısa müddətdə yoxlanıldıqdan sonra vətəndaşın özünə və həkiminə  nəticələr barədə dəqiq məlumatlar verilir. Stomotoloji müayinə və müalicə  labarotor analizə uyğun olaraq həyata keçirilir.

Mərkəzdə müayinə və müalicədən əvvəl labarator müayinələrin aparılmasını həkim -stamatoloq Abbasəli Rəsulov da yüksək qiymətləndirərək, bu işin həyata keçirilməsinin həm vətəndaşların, həm də həkimlərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Qeyd edək ki, bu labarator müayinələr mərkəzə müraciət edən hər bir  sakin üçün ödənişsiz həyata keçirilir.

Novruz Məmmədov

NTVxəbər

www.naxcivantv.az