Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Pirotexniki məmulatların qanunsuz dövriyyəsinə gömrük nəzarəti gücləndirilib

Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. Bu məqəsdlə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Naxcivantv.az-a bildirilib ki, ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunusuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, Novruz bayramı ərəfəsində yenə də bir sıra faktlar aşkar olunub.

Mart ayında muxtar respublikanın gömrük orqanları tərəfindən ümumilikdə 5 adda 4775 ədəd pirotexniki vasitə saxlanılaraq müvafiq tədbirlər görülüb.

Xatırladaq ki, mallların gömrük nəzarətindən gizli, eləcə də bəyanetməmə və ya düzgün bəyanetməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar məcəllələrində cəza və cərimələr nəzərdə tutulub.

Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Yanlız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.

 

www.naxcivantv.az