Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil olunan bayram yarmarkasına 45 sahibkarlıq subyekti tərəfindən 120 növdə, 200 çeşiddə məhsul çıxarılıb.

Naxcivantv.az xəbər verir ki, məhsullar bazar qiymətlərindən orta hesabla 15-20 faiz ucuz satılır. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan müxtəlif çeşiddə şirniyyat və çərəzlər satışa çıxarılıb.

Yarmarka  martın 19-na kimi davam edəcək.

www.naxcivantv.az