Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda şaftalı bağlarında yığım davam edir.

Şərur  şaftalısı  yerli bazarla yanaşı paytaxt Bakı şəhəri və qonşu Türkiyə bazarlarına da göndərilir.

Hazırda   bağlarda şaftalının 30-a yaxın  növü becərilir. Şaftalı ən çox rayonun Dərəkənd və Yuxarı Daşarx kəndlərində əkilir.

Rayonun Dərəkənd sakini Muraz Məmmədzadə ailə üzvləri ilə birlikdə 2 hektar şaftalı bağında müxtəlif növ məhsul yetişdirir. Bağda yaz, yay və payız aylarında yetişən yerli növlər mövcuddur. İndiyə kimi 2 hektar bağdan 50 tona yaxın məhsul toplanılıb.

                                                     

                                                                Novruz Məmmədov

www.naxcivantv.az