Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb. 

Təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki  həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icraediləcək. Təlim avqustun 24-dək davam edəcək.

www.naxcivantv.az